​Ukraynalı modelin fotosunu paylaşan alim - "Özümə haqq qazandırmaq fikrində deyiləm..."

"Sizcə 60 yaşlı bir alim, özü də bunları bilə-bilə belə bir qeyri-etik fotonu paylaşarmı?"
 
 
Sosial şəbəkədəki profilində ukraynalı model Kristina Virkul Marmuşun açıq-saçıq geyimdə olan fotosunu paylaşan alim Bayram Babayev yaranmış anlaşılmazlığa aydınlıq gətirib.
 
Həmin yazı bu linkdə --- moderator.az/news/199477.html
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin Akademiya şəhərciyinin direktoru Bayram Babayev Moderator.az-a açıqlamasında bunun bir texniki yanlışlıq olduğunu bildirib:
 
“Mən sosial şəbəkə istifadəçisi deyiləm. İndiyədək “Feysbuk” hesabım olmayıb. Ziyalı dostların təkidi ilə əməkdaşlardan birindən xahiş etdim ki, mənə ”Feysbuk”  hesabı açsın. Dünən  kosmonavt Oleq Kotov qonağımız idi, istədim Kotovun şəklini paylaşım. Səhv salıb Kotovun əvəzinə o qızın fotosunu  paylaşmışam.  Elə həmin saat da “Feysbuk”dan çıxdım. Mən ziyalı adamam. Özü də AMEA kimi çox nüfuzlu bir elmi müəssisədə çalışıram. Sosial şəbəkə istifadəçisi olmasam da orada paylaşılanların geniş auditoriya tərəfindən görüldüyünü bilirəm. Sizcə 60 yaşlı bir alim, özü də bunları bilə-bilə belə bir qeyri-etik fotonu paylaşarmı? Dediyim kimi, “Feysbuk” istifadəçisi olmasam da, ancaq müasir yeniliklərdən məlumatlıyam. Bilirik ki, müasir dövrdə sosial şəbəkə hesablarını ələ keçirə, kiminsə hesabından müxtəlif şəkillər, statuslar paylaşa bilirlər. Bu məsələni ictimailəşdirən jurnalist  əvvəlcə mənimlə əlaqə saxlayıb dəqiqləşdirmə aparsaydı, o zaman bu işin əslini, astarını öyrənərdi. Bəlkə mənim adımdan bir hesab açıb belə şəkillər paylaşıblar. Bəlkə heç mənim bu işdən xəbərim yoxdur? Bunu ictimailəşdirib bir alimi gözdən salmaq peşəkarlıq deyildir. Sadəcə ucuz ”sensasiyadır”. Ancaq dediyim kimi, bu tamamilə bir texniki səhvdir. Mən özümə haqq qazandırmaq fikrində deyiləm. Hər halda mənim sosial şəbəkə hesabımdan belə bir foto paylaşılıb. Təəssüf ki, biz yaşlı nəsil müasir texnologiyanı mənimsəyə bilməmişik. Bu da zaman-zaman belə yanlış anlaşılmaların yaranmasına səbəb olur".

Загрузка...
Загрузка...