Ukraynalı model prezident olmaq istəyir

Ukraynalı model Alina Baykova ölkəsinin prezidenti olmaq istəyir.
Axar.az xəbər verir ki, Baykova bu barədə Ukraynanın “1+1” kanalına açıqlamasında deyib.   O, 40 yaşına çatan zaman Ukraynanın yeni prezidenti olacağını bildirib:   “Dostlarıma dedim ki, 40 yaşım olanda Ukraynanın yeni prezidenti olacağam. Biz demokratik ölkəyik, lakin bizim demokratiyada yanlışlıqlar var. Mən Ukraynanı necə dəyişdirəcəyimi bilirəm. Bizim yaxşı ölkə olmağımız üçün əla potensialımız var. Biz hər kəslə, o cümlədən Rusiya ilə dost olmalıyıq. Müharibə olmamalıdır”.   Qeyd edək ki, 25 yaşlı Baykova hazırda ABŞ-da yaşayır.