​Ukraynadan 11 'qanuni oğru' deportasiya olunub

 
Ukrayna milli polisi rəhbərinin müavini Vadim Troyan ölkə ərazisindən son dörd ayda 11 “qanuni oğru”nun çıxarıldığını bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, həmin şəxslərin heç birinin Ukrayna vətəndaşlığı olmayıb.
 
“Mən kriminal polisin şefi olanda biz ölkədə 28 “qanuni oğru” olduğunu saymışdıq. Dörd ay ərzində Ukrayna vətəndaşlığı olmayan 11 “qanuni oğru”nun ölkə ərazisindən çıxarılmasına nail olmuşuq”, - o, vurğulayıb.
 
Troyan onu da əlavə edib ki, “qanuni oğrular” deportasiyadan sonra yenidən qayıtsalar da, hakimiyyətin səyi nəticəsində yubanmadan yenidən ölkədən çıxarılırlar.
İyul ayında Odessada əvvəllər məhkum olunan Tsrutsi ləqəbli “qanuni oğru” saxlanıldıqdan sonra Gürcüstana göndərilib.