Ukraynada Ərdoğanın nümayəndəsinə cinayət işi açıldı: qalmaqallı Krım səfəri

 
Ukrayna Krıma səfər edən Türkiyə nümayəndə heyətinin üzvlərinə qarşı cinayət işi açıb.
 
Turaninfo.az xarici mediaya istinadən xəbər verir ki, 22 nəfərdən ibarət heyətin tərkibində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Erilli, Ankara merinin müavini Ahmet Tunç da olub.
 
Nümayəndə heyətinə rəhbərlik edən Avrasiya hökumətinin türk assosasiyasının rəhbəri, Türkiyənin təhlükəsizlik məsələləri üzrə baş direktorunun müavini Həsən Cengiz məsələ ilə bağlı açıqlama verib: "Əlbəttə, biz risk edirik. Ukrayna bizə qarşı cinayət işi başladıb. Amma sülhə nail olmaq üçün cəsarət, səmimiyyət və şəffaf mövqe olmalıdır".
 
Qeyd edək ki, nümayəndə heyəti dünən axşam saatlarımda Krıma gəlib. Onlar Simferopoldakı məscidi ziyarət edib və Krım parlamentinin rəhbərləri ilə görüşüb.