“Ukraynada ən yüksək vəzifəli şəxslər belə...”

Avropa liderləri Rusiyaya tətbiq olunmuş sanksiyaları uzatmaq istəmirlər.
 Axar.az xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Qreyn Yukreyn-2016 konfransında çıxışı zamanı söyləyib.
 Onun sözlərinə görə, məhz bu liderlər Rusiya Prezidenti Vladimir Putinlə tezliklə danışıqlara getməyə hazırlaşırlar.
 O, hazırda Ukraynada vəziyyətin Rusiyadan da pis olduğunu bildirib:
 “Rusiyada bəzi şeylər mərkəzləşdirilib. Burada isə bütün hakimiyyət mexanizmləri sındırılıb. Ukraynada ən yüksək vəzifəli şəxslər belə nə isə yaxşı şey etmək iqtidarında deyillər”.