Ukraynada Azərbaycanla bağlı rəsmi görüşdə KURYOZ OLAY...

 
 
 
Bu günlərdə Kiyevdə Ukrayna bas prokuroru Yuri Lutsenkonun və müavini Yevqeni Yenin Azərbaycanın Ukraynadakı səfirini və icma rəhbərlərini qəbul edən zaman ciddi protokol xətası qeydə alınıb.
 
 
 
 
 
Belə ki, fotolardan da göründüyü kimi mətbuata qapalı keçirilən qəbulda AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanov səfirliyin “mətbuat katibi” kimi prokurorluğa təqdim olunub və qəbula salınıb.
 
Qəbulun Ukraynada azərbaycanlılara qarşı baş vermiş cinayət hadisələri ilə bağlı əvvəlcədən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin və diaspor rəhbərləri ilə aparıldığı bildirilsə də M. Aslanovun istər diaspor, istərsə də səfirlikdə heç bir vəzifə daşımadan “mətbuat katibi” qismində iştirak etməsi nəzərdən yayınmayıb və protokol xətası kimi qeydə alınıb.
 
 
 
M. Aslanov qeyri - rəsmi ortamlarda səfir A. Xudiyev ilə şəxsi dostluğunu əsas gətirərək özünü onun qeyri - rəsmi mətbuat katibi olmasını da gizlətməyib. Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyində M. Aslanovun hər hansı bir vəzifə daşıdığı qeydə alınmayıb və televizya əməkdaşının səfirlikdə vəzifə daşıması “Diplomatik xidmət haqqında” qanuna da ziddir.
 
Qeyd edək ki, M. Aslanovun və onun keçmiş operatoru, “Ukrayna Gənclər Birliyi” təşkilatının eks sədri Anar Tahirovun adı 2014-cü ildə mətbuatda gedən silsilə yazılarda fəal “nurçu”, “gülənçi” kimi hallanıb, Azərbaycan Prezident Adminstrasiyasının eks-şöbə müdiri Elnur Aslanovun və eks-deputat Ceyhun Osmanlının yaxın dostları, Ukraynada ən yaxın adamları kimi tanınıblar.
 
 
 
 
Xatırladaq ki, bu yaxınlarda Ukraynaya yeni təyin olunmuş səfir Azər Xudiyevin əmri ilə Anar Tahirovun səfirliyin ictimaiyyətlə əlaqələr üzrə katibi təyin olunması məlumatı yayıldı və A. Tahirovun vaxtı ilə Ukraynada Elnur Aslanovun dəstəyi ilə “nurçu” ideyalarını yayması xatırladıldı. Yayılan bu faktlardan çıxış edərək A. Tahirovun və Mövsüm Aslanovun yenidən Ukraynada gözqamaşdırıcı personaya çevrilməsi, xüsusilə də səfirlik ətrafında fəallaşması yuxarıda sadalanan müşahidələrə məntiqi əsas verir.
 
 
 
Apardığımız kiçik araşdırmada o da məlum olur ki, hazırkı səfir A. Xudiyev bundan əvvəl Sloveniyada müvəqqəti işlər vəkili olan zaman Mövsüm Aslanov və Anar Tahirovla sıx dostluq münasibətlərini gizlətməyib...