Ukraynada "Azərbaycan konsulu" ifşa olundu

 
Ukraynanın qərbində yerləşən Lvov vilayətində yalançı Azərbaycan konsulu aşkar olunub.
 
Moderator.az xəbər verir ki, Ukraynanın hüquq-mühafizə orqanlarına özünü Azərbaycan konsulu kimi təqdim edərək vətəndaşlara iş düzəltmək adı ilə söz verən, qarşılığında gəlir əldə edən Teymur Məmmədov adlı şəxslə bağlı müraciət daxil olub.
 
Qısa araşdırmadan sonra bəlli olub ki, o konsul deyil. İfşa olunduğunu görən T. Məmmədov diqqəti yayındıraraq özünü Lvovdakı Azərbaycanlılar Konqresinin sədri kimi təqdim edib. Lakin məlum olub ki, Lvovda Azərbaycanlılıar Konqresinin sədri Məcid Nuxiyevdir. Eyni zamanda, Lvovda ümumiyyətlə Azərbaycanın fəxri konsulu yoxdur.
 
Hazırda T. Məmmədov barəsində araşdırmalar aparıldığı deyilir.