Ukrayna səfirliyinin Bakıdakı əməkdaşı casus çıxdı? – Şok iddia

 
Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi – 36 yaşlı Yevgeni Yankovski ölkənin Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır.
 
Virtualaz.org bildirir ki, bu sensasiyalı informasiyanı Rusiyanın “Komsomolskaya pravda” qəzeti yayıb.
 
Qəzetin Krımda buraxılan versiyası yarımadanın zəbt edilməsinə baxmayaraq orada mülklərə sahib olmaqda davam edən vəzifəli məmurlar və Ukrayna xüsusi xidmət orqanlarının yüksək rütbəli əməkdaşları haqqında böyük məqalə və siyahı dərc edib.
 
Böyük siyahıda Ukraynanın Azərbaycandakı səfirliyinin mədəni-humanitar məsələlər üzrə birinci katibi Yevgeni Yankovskinin də adı var. Və qəzetin məlumatına görə, o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan əməkdaşıdır.
 
“Komsomolskaya Pravda” həmçinin dəqiqləşdirib ki, Yevgeni Yankovski Yaltanın nüfuzlu rayonunda, Dzerjinski küçəsi, ev 33 ünvanında mənzilə malikdir.
 
“Yeri gəlmişkən, ona onun anası baxır. Amma Yankovski həmkarlarına dəfələrlə deyib ki, yarımadaya-ailəsinə qayıtmaq barədə fikirləşir”, – deyə nəşr yazır.
 
Virtualaz.org dəqiqləşdirib ki, Yevgeni Yankovski həqiqətən də Ukraynanın Azərbaycandakı səfirliyində işləyir və mədəni-humanitar məsələlər üzrə birinci katib vəzifəsini tutur. Daha dəqiq desək, Yevgeni Yankovskinin adı səfirliyin rəsmi saytında dərc edilmiş Ukraynanın Azərbaycandakı diplomatik missiyasının əməkdaşlarının siyahısında göstərilib.