Ukrayna Rusiyaya görə ''Eurovision''dan imtina edə bilər

Sergey Lazarevin qələbə qazanacağı təqdirdə Ukrayna 2017-ci ildə müsabiqədə iştirak etməyəcək.
Ukrayna növbəti Avroviziya mahnı müsabiqəsindən imtina edə bilər. ANS PRESS-in məlumatına görə, Stokholmda keçirilən "Evrovision"da Rusiya təmsilçisi Sergey Lazarevin qələbə qazanacağı təqdirdə Ukrayna 2017-ci ildə müsabiqədə iştirakdan imtina edəcək. Bu barədə Ukrayna Milli Teleşirkətinin direktoru Zurab Alasaniya bildirib.
Buna bənzər hadisə Ukraynanın tarixində artıq olub - 2014-cü ildə ölkədə baş verən hadisələr və maliyyə problemləri səbəbindən "Evrovision"da iştirak etməyib. Bu il "Eurovision-2016" mahnı müsabiqəsində Ukraynanı Suzan Cəmaləddinova təmsil edəcək.  Krım-Tatar mənşəli ukraynalı müğənni müsabiqədə “1944” adlı mahnısını ifa edəcək.
Stokholmda keçiriləcək final mərhələsində S.Cəmaləddinovanın mahnısı İosif Stalinin Krım tatarlarını Orta Asiyaya deportasiya etməsi barədədir. Müğənni mahnını tatar dilində və ingiliscə ifa edəcək. S.Cəmaləddinova Camala kimi məşhurdur. İfaçı Qırğızıstanın Oş şəhərində dünyaya gəlib. Onun atası tatar, anası isə ermənidir. Camalanın uşaqlığı Krımda keçib.