Ukrayna qadağan olunmuş ərazidə ballistik raket sınaqları keçirdi

Baxış sayı: 
149
0  
0  

Ukrayna ordusu YUNESKO-nun qoruması altında olan Qaradəniz Biosfer Sahəsinə aid ərazidə ballistik raket sınaqları keçirib.
Publika.az xəbər verir ki, “Ətraf mühit-Hüquq-İnsan” vəqfindən verilən məlumatda NATO standartlarına zidd olaraq ərazinin bir daha raketlərlə vurulduğu bildirilib.
Mütəxəssislər bu sahədə hərbi təchizatın olması və böyük kalibrli raketlərin partladılmasının qəbuledilməz olduğunu deyib. Təbiət qoruma rejimi işçi heyətindən kənar kiminsə əraziyə daxil olmasını belə qadağan edir.
Sınaqların Qaradəniz Biosfer Sahəsinin idarə heyətinin razılığı ilə keçirilməsi narahatlıq doğurub. Ordunun bu davranışı Ukrayna Konsitutsiyasının pozulması kimi dəyərləndirilib.
Qeyd edək ki, sözgüedən ərazidə bu yay bənzər təlimlər keçirilmişdi.
Zümrüd

Загрузка...
Загрузка...