Ukrayna prezidenti Türkiyəyə gəlir

Bu gün Ukrayna prezidenti Petr Poroşenko Türkiyəyə işgüzar səfərə gələcək.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
P. Poroşenko İstanbulda keçiriləcək Ümumdünya Humanitar Sammitində iştirak edəcək. Ukrayna prezidenti sammitdə plenar iclasda çıxış edəcək, eyni zamanda siyasi liderlərin münaqişələrin qarşısının alınması sahəsində rolu ilə bağlı Dəyirmi Masada iştirak edəcək.
Səfər 2 gün davam edəcək.