Ukrayna əhalisinin yarısı NATO-ya “hə” deyir

NATO üzvlüyünü dəstəkləyən ukraynalıların sayı 50 faizə yaxınlaşır. Son iki il ərzində bu göstərici 11 faiz artıb.
Turanifo.az Musavat.com-a istinadən xəbər verir ki, bunu “Reytinq” sosial qrupunun apardığı sorğu göstərib.
Məlumata görə, 45 faiz vətəndaşlar arasında aparılan sorğuya görə, ukraynalıların 30 faizi NATO-ya “hə” deyib, 16 faizi isə cavab verməkdə çətinlik çəkib, 10 faizi isə səsvermə olarsa, iştirak etməyəcəyini bildiriblər. İttifaqa birləşmək üçün müsbət rəy bildirənlərin əksəriyyəti ölkənin Qərb regionlarından olub. Mərkəzi rayonlar 30 %, Şərq əyalətləri isə 20 % təşkil edir.
2014-cü ilin mart ayında keçirilən sorğuda NATO-ya qoşulmağı dəstəkləyən ukraynalıların sayı 34 faiz, “yox” deyənlər isə 43 faiz olub.