Ukrayna bu ərazilərdən məhrum olacaq – ŞOK PROQNOZ

Ukrayna vətəndaşlığından məhrum edilmiş Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sensasiyalı bəyanatlarla çıxış etməkdə davam edir.
Publika.az xəbər verir ki, Saakaşvili Britaniyanın “The Daily Telegraph” nəşrinə müsahibəsində Ukraynanın dağılacağını proqnozlaşdırıb.
Saakaşvilinin fikrincə, Ukraynanın siyasi və iqtisadi sistemləri təcili islah edilməsə və korrupsiyanın qarşısı alınmasa, Kiyev Donetsk və Luqansk vilayətlərindən məhrum olmaq riskı qarşısındadır.
“Beləliklə, əgər Ukrayna dəyişməsə, ölkə hissələrə dağılmağa davam edəcək və cənubi-şərqi itirəcək”, -Saakaşvili deyib.
Siyasətçi əmin edib ki, nə prezident, nə də baş nazir olmaq üçün ambisiyası var, əksinə, Ukraynanın gələcəyi uğrunda sonrakı mübarizə üçün Ukrayna müxalifətini birləşdirməyə çalışır.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko bu il iyul ayının 26-da Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Keçmiş prezident həmin vaxt ABŞ-da olub. Saakaşvili sentyabrın 10-da öz tərəfdarlarının dəstəyi ilə Polşa-Ukrayna sərhəddini keçərək Ukrayna ərazisinə daxil olub.
Ömər Dağlı

Загрузка...
Загрузка...