Ukrayna azərbaycanlıları Mişaya Bakıda vəzifə təklif etdilər

 
Gürcüstanın eks-prezidenti,  Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili istefa verib.
 
Postundan imtina edən Saakaşvili Ukrayna prezidentinin ünvanına sərt  ittihamlar da səsləndirib. O, Petro Poroşenkonu regionda cinayətkar “klan”ları himayə etməkdə günahlandırıb.
xatırladaq ki, Saakaşvili Odessa şəhərində yaşayan azərbaycanlı iş adamları ilə hər zaman isti münasibətdə olub.  O da bildirilir ki, postunu tərk etmiş Saakaşvili ilə bir neçə azərbaycanlı iş adamı görüşəcək.
Moderator.az-a məlumat verən mənbənin sözlərinə görə həmyerlilərimiz Saakaşviliyə Azərbaycana gedərək orada vəzifə sahibi olmağı təklif edəcəklər. Əgər Saakaşvili buna razılıq versə həmin sahibkarlar Azərbaycan iqtidarı ilə Saakaşvili arasında vasitəçilik yaradaraq tərəflər arasında danışıqlar təşkil etməyi öz üzərlərinə götürüblər.