Ukrayna ABŞ-dan ilk zərbə aldı– Poroşenko inauqurasiyaya dəvət edilmədi

 
Ukrayna lideri Petro Poroşenko ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın 2017-ci il yanvarın 20-də keçiriləcək inauqurasiya mərasiminə dəvət olunmayıb.
 
Turanionfo.az  “Vesti” nəşrinə istinadla xəbər verir ki, dövlət başçılarının respublikaçıların işə başlamasından sonra – 2017-c ilin fevralında görüşmələri nəzərdə tutulur.
 
Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy öz növbəsində UNİAN-a açıqlamasında Poroşenkonun andiçmə mərasimində iştirak etməyəcəyini təsdiqləyib. Qeyd edib ki, “ABŞ Ukrayna rəhbərinin mərasimdə iştirakını qəbul etməyib”.
 
Onun sözlərinə görə, mərasimdə əsasən ABŞ-da akkreditə olunmuş səfirlər iştirak edəcəklər.
 
Çalıy həmçinin Poroşenkonun fevral ayında Vaşinqtona təşkil olunacaq səfərini “olduqca ambisiyalı məsələ” adlandırıb: “Mən bunu deyə bilərəm ki, səfəri mümkün qədər tez təşkil etməyə çalışacağıq. Əgər fevral ayında mümkün olsa, bu bizim böyük qələbəmiz olacaq”.
 
Qeyd edək ki, noyabrın 15-də Ukrayna liderinin saytında Poroşenkonun Trampla telefon danışığının olmasına dair məlumat yerləşdirilib. Petro Poroşenko milyarderi prezident seçilməsi münasibətilə təbrik edib və “Rusiya aqressiyasına qarşı mübarizədə” Vaşiqton tərəfinin Kiyevə dəstəyinin vacibliyini qeyd edib. Poroşenko ABŞ liderini münasib vaxtda Ukraynaya dəvət edib.