UFO-ların sirli Azərbaycan bağlantısı: Xəzərdəki zəlzələlər gizli bazada hazırlanır?

 
 
Onları “Odlar yurdu”na cəlb edən nədir?
 
Amerikalı UFO araşdırmaçısı Ceff Pekman mətbuat konfransında ictimaiyyətə ilginc video görüntü təqdim etdi. Videoda yadplanetli əks olunurdu. Elm adamları görüntünü araşdırdılar və qəti qərara gəldilər ki, bəşəriyyət kainatda tək deyil. Pekmanın nümayiş etdirdiyi görüntü 2003-cü ildə ABŞ-ın Nebraska şəhərində Stan Romanek adlı şəxs tərəfindən infraqırmızı kamera ilə çəkilib. Təsvir olunan yadplanetlinin 1 m 20 sm boyu vardı. Görüntünü araşdıran Kolarado Elm Mərkəzinin mütəxəssisləri videoda görünən qeyri-adi varlığın qətiliklə yadplanetli olması barədə rəy verdilər.
 
Qeyd olundu ki, bu montaj işi deyil. Yadplanetlilərlə əlaqədar araşdırmaların davam etdiyini bildirən Pekman isə dünya əhalisinə çağırış edərək dedi ki, onlarla yaşamağa öyrəşməliyik. 2015-ci ildə NASA qarşıdakı 20 il ərzində dünya əhalisinin yadplanetlilərlə tanış olacağını iddia etdi. Qurumun elm adamı Yellen Stofan bildirdi ki, ən azı 10-20 il ərzində yadplanetlilərlə bağlı tutarlı sübutlar əldə ediləcək: “Hara baxacağımızı bilirik, necə baxacağımızı da bilirik, yadplanetliləri aşkar etmək üçün hansı texnologiyanın lazım olduğunu da bilirik. O texnologiya bizdə var”.
 
NASA-nın Heliofizik Mərkəzinin direktoru Cefri Nyumark artıq kosmosda həyatın olub-olmaması ilə maraqlanmadıqlarını dedi: “Artıq digər planetlərdə həyatın olub-olmaması bizi maraqlandırmır. Bizi həyatı nə vaxt tapacağımız maraqlandırır. Lakin biz kiçik “yaşıl adam”lardan yox, mikroblardan bəhs edirik”.
 
 
 
Milyonlarla planetdə həyat var
 
Elm adamları uzun illərdir dəlillər axtarır, araşdırmalar aparır. Amma dünyanı razı salacaq faktlar yoxdur. Elm və texnologiyanın inkişaf etdiyi vaxt, mediada yadplanetlilərlə bağlı yayılan video-görüntülərin montaj olması barədə şayiələr var. Müasir insanı süni insandan (kloun) tutmuş saxta yumurtayadək istehsal edən texnologiyanın hazırladığı hər sürprizə inandırmaq çətindir. Hansı ki, həmin texnologiya asanlıqla yadplanetli də istehsal edə bilər. “Hollivud” filmlərində də belələrinə rast gəlirik. Lakin bir sıra dəlillər var ki, bu nə montajdır, nə də insan zehninin yaratdığı xəyal.
 
İnsanlar tez-tez UFO (ingiliscədən tərcüməsi: Uçan Naməlum Obyekt - UNO) gördüklərini, bir sıra hallarda yaxınlarının yadplanetlilər tərəfindən oğurlandığını, bəzi mənbələrdə milyon illər əvvəl başqa planetlərdən gələn qonaqların Yer kürəsini ziyarət etdiklərini, hətta allah, yaxud tanrı anlayışının onlarla bağlı olduqlarını deyirlər. Lakin qalaktikada 250 milyarddan çox ulduz var. Milyardlar arasında başqa bir dünyanın, yaxud həyatın olduğu planetlərin olmadığını elm adamları da inkar etmirlər. Bu elmdə “Dreyk tənliyi” (Drake) adlanır. Dreykə görə, kainatdakı ulduzların trilyonda birində həyat olduğunu düşünsək, bu həyatın olduğu milyonlarla planet deməkdir. Elm adamları həyatı Yer kürəsindən uzaqda axtarmağa ehtiyacın olmadığını bildirirlər. NASA Saturn planetinin peyki Titan, Yupiterin peyki Avropada çoxhüceyrəli canlıların yaşamasını sübut etmək üçün bu səma cismlərinə kosmik raketlər göndərib. Marsa göndərilən raketlər müəyyən sübutlara çatıb. NASA-nın iddiasına görə, hazırda “qırmızı planet”də həyat olmasa da vaxtilə burada insanlar yaşayıblar.
 
Yerə yaxın 4 planet
 
Bir sıra mənbələrə görə, son zamanlarda dünya KİV-ləri və film şirkətlərində yadplanetli mövzularına tez-tez müraciət olunmasının səbəbi dünya əhalisini bu reallığa hazırlaşdırmaqdır. İddiaya görə, NASA, Rusiya və Yaponiya elm adamlarının yadplanetlilərlə bağlı apardıqları araşdırmaların məxfi sənədləri ələ keçib. Sənədlər açıq şəkildə yadplanetlilərlə qurulan əlaqələrdən və onların dünya ilə əlaqələrindən bəhs olunur. ABŞ mənbələrinə görə, hələ İkinci Dünya Müharibəsində Hitler Almaniyası UFO-lardan düşmən ordularına qarşı istifadə edib. Qeyd edilir ki, faktın üzərini açan ABŞ Hitleri bu dəstəkdən məhrum edir və o, SSRİ-yə məğlub olur.
 
UFO günümüzün məsələsi deyil. Polemika 5 min il əvvəl başlayıb. Qədim Misir, Maya və bir sıra Şərq mədəniyyətlərinə dair əldə edilmiş arxeoloji tapıntılarda yadplanetli izlərinə rast gəlinir. İbtidai və intibah dövrü (renesans) mədəniyyətlərində də yadplanetli izlərinə rast gəlinir. Elm adamları və iri dövlətlərin başçıları da bunu təsdiq edirlər. ABŞ, Rusiya və Meksika dövlətlərinin başçıları iddia edirlər ki, tez-etz bu ölkələrin ərazilərinə UFO-lar enir və bununla bağlı inkaredilməz dəlilləri var. Kainatın yaşı 15 milyard ildən çoxdur. Kainatda Yer kürəsi ilə eyni ölçüyə sahib 17 milyarddan çox planet var. Təkcə bizim qalaktikada (kəhkəşan, yaxud süd yolu) 200-400 milyard ulduz var. Kəhkəşanın yalnız Yerlə yanaşı yalnız 4 planetində həyatın olduğu bildirilir. Qalaktikanın spiralvari axınında isə 34.000.000 planet var. Fərz etsək ki, bu planetlərin 100-dən 1-də həyat var, bu o deməkdir ki, insan, yaxud insanabənzər canlıların yaşadığı 340.000 planet var. Yadplanetli dediyimiz ara-sıra Yer Kürəsini ziyarət edən dəvətsiz qonaqlar məhz bu 4 planetdən birinin sakinləridir, yaxud 340 min planetdən birinin...
 
 
 
“Yaşıl adamlar” insanın əcdadlarıdır?
 
İbtidai nəzəriyyəyə görə, Yer kürəsində yaşayan bütün canlılar başqa planetdən gəliblər. Yəni, vaxtilə yaşadığı planetin dağıldığını görən insanlar dünyaya müxtəlif vasitələrlə eniblər. İddia olunur ki, Yer kürəsində nəsilləri artdıqca gəldikləri yerləri unutdular. Dünyanın iqlim şəraitinə uyğun olaraq, insanın fiziologiyası da dəyişdi. Yəni, bu nəzəriyyə iddia edir ki, başqa planetdən gələn kiçik “yaşıl adam”lar bizim əcdadlarımızdır, biz onları unutduq, onlar bizi yox. 150 milyon il əvvələ aid tapılmış və peşəkar formada hazırlanmış çəkic də bunu sübut edə bilər. Çünki bizim bildiyimiz qədər 150 milyon il əvvəl Yer kürəsində insan yaşamırdı.
 
“Onlar bura gəlməyiblər, biz ora getmişik”
 
İkinci nəzəriyyə yuxarıdakı iddiaları qəbul etmir. Bu nəzəriyyəyə görə, “yadplanetli” adlandırdığımız canlılar əslində bu dünyadandırlar. Vaxtilə Yer kürəsindən başqa planetə köçüblər. Yəni, yadplanetlilər dünyanı indi yox, milyon illər əvvəl tapıblar. Atlantida, Misir, Aztek kimi sivilizasiyaların yaratdığı mədəniyyətlərin bu dünyaya aid olmadığı barədə iddialar var. Hələ də tarix, yaxud elm bu mədəniyyətlərin rəngarəngliyini, xüsusilə də səma ilə əlaqəli işarələrinin haradan gəldiyini sübut edə bilmir. İddia olunur ki, milyon illər əvvəl başqa planetə köçən dünyalılar oranın mədəniyyətini Yerə gətiriblər. İndi həmin dünyalılar aid olduqları yerə qayıtmaq istəyirlər.
 
 
 
Yadplanetlilər və Azərbaycan
 
Bir sıra mənbələr yadplanetlilərin Yerə gətirdikləri qeyri-adi sivilizasiyanın Azərbaycanla əlaqələrindən də bəhs edirlər. Bu, Misir və Mərkəzi Amerikaya məxsus Aztek mədəniyyətidir. Mənbələrə görə, Azərbaycan sözünün 5500 yaşı var və bu sözün mənası - “Səmada yaşayan Oziri (Osiris) məkanında yaşayan Ba ruhlarının Yerdəki məkanı” deməkdir.
 
“Azər” sözünün Qədim Misirin Oziri (Osiris/Usiri) allahı ilə bağlı olduğu deyilir. Buradakı “Bay” hissəciyi qədim Misir mənbələrində qədim Misir allahlarının Ba ruhları mənasında işlənir. “Can” rəmzi isə “Kan”, “Kənan” mənasındadır və ən qədim mənbələrdə bu rəmz “Nun-ki” kimi də yazılır. Oğuzların hansısa məkanları “Azər” adlandırması da bu Nun-ki, yəni, Etemenanki (Esagil) zikkuratının tikildiyi təpə mənasındadır. Qədim Misir mədəniyyətinin Atlantida və Aztek mədəniyyətinin davamının olduğunu nəzərə alan mənbələr qeyd edirlər ki, kataklizimlər nəticəsində Maya, Aztek və Atlantida mədəniyyətləri dağılma mərhələsinə girdikləri vaxt, bölgələrdə yaşayan insanlar Azərbaycanın yerləşdiyi coğrafiyaya üz tutublar.
 
Təsadüf deyildi ki, qədim Azərbaycan ərazilərində yaşayan türk boyları Günəş və Ulduz kimi göy cisimlərinə inanırdılar. Onların inancları da səma ilə bağlı idi - Göy Tanrı. Bayraqlarında da bu rəmzlər əks olunurdu. O da təsadüf deyil ki, bir sıra mənbələr yadplanetlilərin Xəzər dənizinin Azərbaycan sahillərinə yaxın yerlərində gizli bazalarının olduğunu iddia edirlər. Hətta son zamanlar Xəzərdə bir-birinin ardınca baş verən zəlzələləri də UNO-ların işarəsi kimi də qəbul edənlər var. UFO-ların tez-tez göründüyü Meksika, Misir, ABŞ, Rusiya, Mərkəzi Amerika ilə yanaşı nadir məkanlardan biri də Azərbaycandır. Hələ 2012-ci ildə Azəbrycanın Ağcəbədi rayonunda UFO-nun görünməsi dünya mediasında çaşqınlıq yaratmışdı. Yaxın günlərdə də Xəzərin Azərbaycan sahillərində növbəti UFO göründü.
 
Antik yadplanetlilər
 
Ən çox inanılan nəzəriyyə antik yadplanetlidir. Bu nəzəriyyəyə görə, yadplanetlilər dünyaya son vaxtlar gəlməyiblər. Əsərlər əvvəl dəfələrlə Yer kürəsinə gəliblər, insanlarla ünsiyyətə giriblər. Araşdırmaçıların əldə etdikləri faktlar da bu ehtimalı sübut edə bilər. Asiyada tapılmış 1200 illik diskin üzərindəki qeyri-adi varlıq təsviri düşündürücüdür. Orta əsrlərdə, xüsusilə astronomiya elminin kəşf etmədiyi göy cisimlərinin əks olunduğu arxeoloji nümunələr də var. Yalnız kosmosdan görünən və e.ə. 200 illərə aid Peruda aşkarlanmış Nazça xətlərinin də kimlər tərəfindən çəkildiyi naməlumdur. Xətlər təyyarələrin eniş zolağını xatırladır və qeyri-adi varlıqların görüntüləri var.
 
Dünya təhlükəli əllərdə
 
Ən qorxulu iddiaya görə, yadplanetlilər dünyanın yaradıcılarıdır. Yəni, bizim gördüyümüz hər şeyin, insanın belə yaradıcısı, dizayneri onlardır. Dünyadan laboratoriya, insanlardan da təcrübə heyvanı kimi istifadə edirlər. Bu, bəşəriyyəti narahat etməlidir. Əgər belədirsə, bir gün onlar bu “laboratoriya”nı darmadağın edə bilərlər.
 
 
 
UFO, “zaman maşını”, yoxsa robot?
 
Başqa bir iddia isə UFO-ların “zaman maşını” olduğunu bildirir. Ehtimal olunur ki, əslində yadplanetli anlayışı yoxdur. Sadəcə, insanlar milyon illər əvvəl elm və mədəniyyətin hədsiz inkişafından faydalanaraq, digər planetlərə də yayılıblar. Yer kürəsindən başqa həyatın olduğu planetlərdəki inkişaf isə dünyamızın inkişafından milyonlarla il gələcəkdədir. Bu baxımdan UFO-ların həmin planetlərdə əcdadlarımızın hazırladıqları “zaman maşını” olduğu ehtimal edilir. Nəzəriyyələrdən birinə görə, UFO-larda görünən canlılar yadplanetlilər yox, robotlardır. Çünki ulduzlar arasındakı hədsiz uzaq məsafələr və səyahət bir canlı üçün olduqca çətin işdir və bu uzun vaxt apara bilər ki, canlı orqanizmin buna dözməsi asan deyil. Məsələnin əsas tərəfi budur ki, canlı həyatın olduğu planetlərdə atmosfer xüsusiyyətləri biri-birlərindən kəskin formada fərqlənirlər. Belə bir vəziyyətdə qalaktikalararası səfər etmək istəyən ağıllı varlıqlar özlərinin yerinə robotlardan istifadə etmələri daha məntiqlidir.
 
Allah və insanlar arasında vasitəçi
 
Yadplanetli nəzəriyyələr başqa biri dini mövqeyi ilə seçilir. “Tanrılarn vasitəçiləri” adlı kitabında Erik van Deniken yadplanetlilərin dəyişkən varlıqlar olduğunu və antik dövrlərdən günümüzə insanların onları ilahiləşdirdiklərini yazır. O, yadplanetlilərin Allahla insanlar arasında vasitəçi olmadığını deyir. Araşdırmaçı Ansint Alyens Denikenin bu iddiasını rədd edir. O, kitabında “yaşıl”ların allahla insan arasında vasitəçi (mələk) olduğunu yazır.

Загрузка...
Загрузка...