Üç gün iş olmayacaq

28 May şənbə gününə düşdüyündən bazar ertəsi də iş olmayacaq.
May ayının 30-da qeyri iş günü olacaq. Bu barədə məlumat ANS PRESS-ə Nazirlər Kabinetindən verilib. 28 May - Respublika Günü ilə əlaqədar qeyri-iş günü məlum olub. Nazirlər Kabinetindən ANS PRESS-ə verilən məlumata görə, bu il 28 may şənbə gününə düşür. 28 may şənbə gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.
Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.
Respublika günü - 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yarandığını elan edib. Lakin Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.