Üç dəfə evlənən təzə prezidentin ailəsi – Foto

 
Noyabr ayının 9-u qalmaqallı milyarder Donald Tramp dünyanın hegemon dövlətlərindən olan ABŞ-ın 45-ci prezidenti seçildi.
 
Axar.az xəbər verir ki, çıxışları, arvadları, radikal fikirləri ilə gündəmə gələn Trampın şəxsi həyatı indi çoxlarının maraq obyektinə çevrilib. Bu səbəbdən Prezident Trampın ailəsi ilə bağlı kiçik araşdırmanı təqdim edirik:
 
1977-ci ildə atlet İvana Zelnixova ilə evlənən Trampın Donald, İvanka və Erik adında üç uşağı dünyaya gəlib. 1991-ci ildə Tramp İvanadan ayrılıb.
 
Donald Tramp – 1977-ci il, 31 dekabr
 
Prezidentin ən böyük övladı İvana Trampdan olan oğlu Donalddır. O, hazırda bacısı İvanka Tramp və qardaşı Erik Trampla “Tramp” şirkətinin vitse-prezidenti vəzifəsini daşıyır.
 
Erik Frederik Tramp – 1984-cü il, 6 yanvar
 
Erik Trampın ikinci oğlu, ailənin üçüncü övladıdır.
 
2006-cı ildə Erik “Tramp Fondu”nu yaradıb. Bu fond Müqəddəs İudanın Uşaq Xəstəxanası Elmi Tədqiqat Mərkəzinə maddi yardımları ilə bütün dünyada məşhurdur.
 
Bacısı və qardaşı ilə “Tramp” şirkətinin vitse-prezidenti olaraq da fəaliyyət göstərir. Bununla yanaşı, o, “Tramp Şərab” zavodunun, 18 qolf mərkəzinin sahibidir.
 
İvanka Tramp – 1981-ci il, 30 oktyabr
 
İvanka qardaşları ilə birgə idarə etdiyi “Tramp” şirkətinin vitse-prezidenti kimi deyil, biznes-ledi və model kimi məşhurdur. O, anası kimi uzun müddət model kimi fəaliyyət göstərib.
 
1994-cü ildə Tramp teleaparıcı Marla Mapleslə evlənib. İki illik evlilikdən sonra tərəflər boşanmaq qərarına gəlib. Amma cütlüyün hələ evlənmədən öncə Tiffani adlı qızları dünyaya gəlib.
 
Tiffani Tramp – 1993-cü il, 13 oktyabr
 
Tiffani model və müğənnidir. “Nyu York Fəşın Vik”dəki çıxışları ilə yadda qalan gözəl “Voq” jurnalı üçün də dəfələrlə kamera arxasına keçib.
 
D.Tramp 3-cü dəfə 2005-ci ildə, dizayner və model olan Melani Knaus ilə evlənib.
 
Bu nikahdan onların Baron adında övladları dünyaya gəlib.
 
Baron Tramp – 2006-cı il
 
Baron haqqında mətbuatda ətraflı məlumat olmasa da, 10 yaşlı uşağın sloven və ingilis dillərini bildiyi məlumdur.