Təyyarəni qaçıran şəxsin motivləri bəlli oldu

“Bəs siz ailənizi 24 il görməsəydiniz nə edərdiniz?”
Kipr məhkəməsi ötən gün İsgəndəriyyə-Qahirə reysi ilə hərəkət edən sərnişin təyyarəsini qaçırmış Misir vətəndaşı Eldin Mustafa haqda 8 sutkalıq həbs cəzası verib.
Turaninfo.az  xarici KİV-ə istinadən xəbər verir ki, Mustafa məhkəmə zalına vəkilsiz gələrək təyyarəni girov götürməsinin motivlərini izah edib.
“Əgər kimsə öz arvadını və uşaqlarını görmək istəyirsə və Misir hökuməti bu görüşlərə icazə vermirsə, həmin adam nə etməlidir?”
Jurnalistlərin məlumatına görə, Eldin Mustafanın keçmiş xanımı və 4 övladı Kiprdə yaşayır.
Eldin Mustafa “qanunsuz olaraq partlayıcı vasitə saxlama”, “adam oğurluğu”, “hədə-qorxu” və .s maddələrlə ititham olunur.
2010-2011-ci illərdə həbs yatan misirlinin psixoloji problemlərinin də olduğu bildirilir.