Təyyarə təcili eniş etdi - İSTANBULA UÇACAQDI

Uçuşun yarımçıq qalmasına səbəb təyyarədə aşkar olunan texniki nasazlıq olub
"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Qahirədə təcili eniş edib. ANS PRESS-in məlumatına görə, təyyarənin Misirin paytaxtındakı hava limanında eniş etməsinə səbəb hava laynerində aşkar olunan texniki nasazlıq olub. Bu haqda "Al-Youm Al-Sabi" qəzetinin elektron versiyası məlumat yayıb.
Qahirə hava limanının nümayəndəsinin sözlərinə görə, Akaba (İordaniya)- İstanbul reysi həyata keçirən təyyarənin komandiri Misir ərazisi üzərində nasazlığı aşkar edərək Qahirədən təcili enişə icazə istəyib. Təyyarənin göyərtəsində 94 nəfər olub onlardan heç biri xəsarət almayıb. Hazırda sərnişinlər Qahirə beynəlxalq hava limanının binasında yerləşdirilib. Texniki nasazlığın səbəbləri araşdırılır.