Türküstan İŞİD-dən azad olur

İŞİD sıralarını tərk edənlərin sayı artıb.
 Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Doyçe Velle” radiosu yayıb. Radio cari ildə xüsusilə Mərkəzi Asiyadan terror təşkilatına qoşulanların sayının azaldığını bildirib:
 “Mərkəzi Asiya ölkələrindən İŞİD-ə ən az Qazaxıstan vətəndaşları qoşulublar. Onların sayının maksimum 100 nəfərə qədər olduğu təxmin edilir. Bundan sonrakı yeri Qırğızıstan vətəndaşları tutur. Terror təşkilatı sıralarında qırğızların sayı 500-800 nəfərdir. Bu təşkilata ən çox özbəklər, taciklər və türkmənlər qoşulublar. Onların sayının minlərlə olduğu güman edilir”.
 Qeyd edək ki, son hesablamalara əsasən, Mərkəzi Asiyadan İŞİD-ə minlərlə şəxs qoşulub. Bu region terrorçuların döyüşçülərlə “təchiz edilməsi” məsələsində ilk beşlikdə qərarlaşır.