"Türkiyəyə zorla qəbul etdirilmiş sərhədlər bizi qane etmir" — Ərdoğan

 
Türkiyə prezidenti Ərdoğan 1920-ci ilin Milli paktından (Misaki-milli) danışıb.
 
Ölkə.Az xəbər verir ki, Ərdoğan Osmanlı dövlətinin tərkibində olan torpaqların əldən getməsi haqda sensasion fikirlər səsləndirib.
 
"20 milyon kvadrat kilometr ərazini əhatə edən Osmanlı imperiyasını 720 min kvadrat kilometrlik dar bir coğrafiyaya sıxışdırdılar. Bu daha baş tutmayacaq. Biz Osmanlının əhatə etdiyi ərazilərə çıxacağıq və bu məsələdə heç kəsin fikri bizə maraqlı deyil",- deyə Milli Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident vurğulayıb.
 
Xatırladırıq ki, 1920-ci ilin Misaki-milli aktına görə Hələb daxil olmaqla Suriyanın şimalı, Mosul, Ərbil və Kərkük daxil olmaqla İraqın şimalı, Yunanıstanın Selanik şəhəri, Bolqarıstanın Türkiyə ilə indiki sərhəd bölgəsi və hətta Naxçıvan Türkiyənin əraziləri hesab olunub.