Türkiyəyə turizm paketləri bahalaşdı – VİDEO

Tələbat artdı, qiymətlər qalxdı. Söhbət Türkiyəyə təşkil olunan turizm paketlərinin qiymətindən gedir.
Əvvəllər rus turistlərin yoxluğu ucbatından Türkiyədə bir çox otellərdə boşluq müşahidə olunurdu. Bu isə təbii olaraq otelləri endirimlər və müxtəlif kampaniyalar vasitəsilə əlavə turist cəlb etməyə təşviq edirdi. İndi isə Rusiya ilə münasibətlərin düzəlməsi və Rusiyadan təkrar turist axını vəziyyəti dəyişib. Türkiyə turizm obyektləri tələbatın çoxluğuna görə qiymətləri artırıblar.
Turizmçilər qiymət artımını eyni zamanda erkən rezervasiya müddətinin bitməsi, mövsümün başlaması ilə də əlaqələndirirlər. Əvvəllər 300-350 manat arasında 1 həftəlik istirahət etmək olurdusa, indi bu qiymət 450-500 manata qalxıb.
Musavat.com “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.