​Türkiyəyə savaş elan etdilər – Gündəm qarışdı

 
 
“A24. az xəbər verir ki, ABŞ dəstəklədiyi PKK-ya Fərat bölgəsinə hücum etməsi üçün yeni təşkilat qurdurub.
 
Təşkilatın məqsədi Türk Silahlı Qüvvələrini hədəf almaqdır. 17 avqust 2017-ci ildə qurulan “Quvvəti-Suvvar” təşkilatı Fərat qalxanı bölgəsinə müharibə elan edib.
 
Amerika təşkilata on minlərlə militanın qatılması əmrini də verib. ABŞ himayəsində keçirilən toplantılardan sonra tərtib olunan xəritədə Fərat qalxanı bölgəsi “Səhba” adlandırılıb.
 
Əl Bab, Münbiç, Azez, Cerablus bölgələrində Türk Silahlı Qüvvələrinə məxsus mövqelərə hücum edəcəklərini bildirən terroristlər Fərat qalxanını türk ordusundan təmizləyib PKK-ya məxsus bölgələrə qatacaqlarını bildiriblər.
 
A24.az //Vəsilə İbrahim

Загрузка...
Загрузка...