Türkiyəyə qarşı XAİN PLAN: Gizli danışıqların detalları MƏLUM OLDU

 
ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı (mayın 20-də -red) Ər-Riyadla apardığı danışıqların bəzi detalları ortaya çıxıb.
Turaninfo.org  Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər ki, Ər-Riyadda danışıqlar masasında Türkiyənin Suriya tənliyindən tamamilə çıxarılması müzakirə edilib.
 
 
Xəbərə görə, ABŞ nümayəndə heyəti “suriyalı müxalifətlə Türkiyənin bütün əlaqələri kəsilməlidir” şəklində təlimat verib. Bundan başqa, mərkəzi İstanbulda yerləşən Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyası (SMDK) ilə Qaziantepdə fəaliyyət göstərən Suriya müvəqqəti hökumətinin Türkiyədən çıxarılması da danışıqların gündəliyində olub.
 
 
Suriya müxalifətinin rəhbərliyinin Ər-Riyada köçürülməsi, müxalifətə silah və lojistik dəstək mövzusunda İordaniya və Misirə daha effektiv rolun verilməsi razılaşdırılıb.
 
 
Səudiyyəli səlahiyyətlilər isə ABŞ-dan İranın Tehran-Bağdad-Dəməşq-Beyrut şiə dəhlizinə qarşı dəstək istəyib.

Загрузка...
Загрузка...