Türkiyəyə qarşı daha bir təxribat - İran məshəb savaşına gedəcəkmi? BİZİM ŞƏRH

 
İndi də İran və Türkiyənin arasını vurmaq istəyirlər. Türkiyəni bütün çağrışlarına baxmayaraq, Mosulun azad edilməsində şiə dəstələri də iştirak edir. Türkiyə isə əməliyyatlardan əvvəl “100 illik məshəb savaşı başlaya bilər” xəbərdarlığını edib.
 
Missiya.Az-ın məlumatına görə, İraq və ABŞ bu xəbərdarlıqlara məhəl qoymur.
 
İraqın şiə əhalisinin əksər hissəsinin İran tərəfdarı olması, əminliklə deməyə əsas verir ki, Tehran Mosul əməliyyatında Bağdadın bir nömrəli müttəfiqidir. Çox ehtimal ki, İraq və ABŞ rəsmiləri zəngin neft yataqları olan Mosulun şiələr və kürdlər arasında bölüşdürülməsi üçün razılaşıb. Kim hansı bölgəni tutdu, həmin ərazilər onun əlində qalacaq.
 
Ona görə də Türkiyənin əməliyyatlarda iştirak etməsi hər iki ölkə tərəfindən birmənalı qarşılanmır. Həm də hər iki ölkə Ankaranın Mosulda tarixi maraqlarının olduğunu bilir. Belə bir gərgin məqamda türk əsgəri tərəfindən İraqın şiə əhalisinə atınan hər bir güllə İran şiəsinə atılmış hesab edilə bilər.
 

Mosulda və ətrafında mövqelənən qüvvələr
 
Bununla da İran və Türkiyə arasında münasibətlərin kəskinləşəcəyi sözsüzdür. Amma İran hələ ki, əməliyyatlarla bağlı təmkinli davranır və Türkiyə ilə münasibətlərin pozulması üçün qurulan “tələyə” düşmək istəmir.
 

İmamların şəkili olan bayraqlarla döyüşə gedən şiələr
 
Rusiya və Türkiyənin arasını vurmaq üçün də eyni senari həyata keçirilmişdi. Əvvəl Rusiyanın Suriyada əməliyyatlara başlamasına göz yumuldu. Daha sonra Rusiya təyyarələrinin ard-arda Türkiyənin hava sərhədlərini pozması barədə məlumatlar yayıldı. Bir neçə xəbərdarlıqdan sonra Moskva eyni hərəkətləri bilərək və ya bilməyərək təkrar etdiyi üçün Türkiyə Hərbi Hava Qüvvələri Rusiya təyyarəsini vurdu. Amma daha sonra təyyarənin Türkiyə ordusunda yuva salan təxribatçılar tərəfindən vurulduğu məlum oldu.
 

Vurulan Rusiya təyyarəsi
 
Həmin vaxt İran Rusiyanın tərəfini tutmuşdu. Heç şübhəsiz ki, Rusiya Türkiyə ilə münasibətləri yaxşı olsa belə İraq məsələsində müttəfiqi İranı dəstəkləyəcək.
 
Budəfəki plan daha böyük qırğınlara səbəb ola bilər. Artıq İraqın müxtəlif şəhərlərində şiələr Türkiyə bayraqlarını yandırmağa başlayıb.