Türkiyəyə getməyin! - Rusiya XİN-dən bəyanat

Rusiya XİN-i ölkə vətəndaşlarına yaxın zamanlarda Türkiyəyə getməmək barədə xəbərdarlıq edib.
Turaninfo.az Avropa.info xəbər verir ki, xəbərdarlıq Türkiyədə yüksək terror təhlükəsinin mövcud olması ilə bağlıdır.
“Qeyd etmək lazımdır ki, indi Türkiyədə vəziyyət elə də təhlükəsiz deyil, ölkədə vəziyyət doğrudan da çox gərgindir. İlin əvvəlindən başlayaraq orada dörd böyük terror aktı baş verib. Ölkənin cənub-şərqində hökumət qoşunları və PKK arasında qanlı qarşıdurma davam edir” – Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova belə deyib.