​Türkiyənin Suriya ilə bağlı əsas məqsədi açıqlandı

 
Aldığımız məlumatlara görə, qarşıdakı günlərdə İŞİD Suriya sərhədindən təmizlənəcək və bu bölgədə bufer zona yaradılacaq.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Kilis bələdiyyəsinin sədri Həsən Qara AKP toplantısında deyib.
 
“Bu proseslər onu göstərdi ki, Türkiyə bu bölgədə böyük və öz sözünü deyən bir ölkədir. Biz, Rusiya və ABŞ koordinasiyalı şəkildə Cerablusa daxil ola bilirik. Güman edirik ki, yaxın zamanda bölgə İŞİD-dən təmizlənəcək və sərhəddən gələn raket təhlükəsi olmayacaq. Lakin bu, daxildəki problemin qalmayacağı anlamına gəlmir”, - Qara bildirib.