Türkiyənin NTV kanalında Qarabağ reportajı... - VİDEO

Türkiyənin NTV kanalı Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgələrdən reportaj hazırlayıb və bu mövzuda studiyada geniş müzakirə açılıb.
Reportajda ordumuzun son nəaliyyətləri, əsgərlərimizin yüksək döyüş ruhu, azad etdiyimiz strateji yüksəkliklər barədə söhbət açılıb.
Verilişin aparıcısı işğaldan azad edilmiş Lələtəpə zirvəsindəki mövqelərimizdən təmas xəttindəki durumu türkiyəli tamaşaçılara çatdırıb.
Verilişdə türk jurnalist Cəbrayıl rayonunun girişindəki lövhəni, üzərinə sancılmış Azərbaycan bayrağını göstərərək, buranın 24 il ermənilərin nəzarətində olduğunu indi isə Azərbaycan əsgərləri tərəfindən azad edildiyini bildirir.
Həmin videoreportajı sizə təqdim edirik: