Türkiyənin məşhur jurnalisti Can Dündara qarşı sui-qəsd olunub - VİDEO

Türkiyəli jurnalist Can Dündara qarşı sui-qəsdə cəhd olunub.
Turaninfo.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə “Cumhuriyyət” qəzetinin jurnalistləri Can Dündar və Ərdəm Gülün məhkəməsində verilən fasilə zamanı meydana gəlib.
İstanbul Ədliyyəsinin qarşısında baş verən silahlı insident zamanı NTV telekanalının jurnalisti ayağından yaralanıb. Hadisəni törədən şəxs dərhal saxlanılıb.
Məlumata görə, atəş açan şəxs “Vətən xaini” deyə qışqırıb. Hadisənin ardından Can Dündar şəxsi “Twitter” hesabından bunları yazıb: “Yaxşıyam, səbəbkar hədəf göstərənlərdir”.