Türkiyənin Mosula girməsini kim əngəlləyib? - Özalın məxfi söhbəti

 
Türkiyənin mərhum prezidenti Turqut Özal 1923-cü ildən sonra ilk dəfə Mosula ordu çıxarmaq istəyib, lakin ölkə daxilində ona dəstək verən olmayıb. Bu işdə ona ən çox maneəçilik törədən isə Türkiyə siyasətinin “xaç atası” hesab olunan Süleyman Dəmirəl olub.
 
Teleqraf.com xəbər verir ki, bu iddia Türkiyənin “Sabah” qəzeti tərəfindən irəli sürülüb. "Sabah"ın dərc etdiyi məqalədə qeyd edilir ki, Türkiyənin Mosul və Kərkük arzusu heç vaxt bitməyib.
 
Türkiyənin VIII prezidenti Turqut Özal bu məsələdə daha cəsur çıxıb.
 
Atatürk Lozannadan sonra Misak-i Milli mövzusunda bu məsələni həll edə bilməsə də, Mosulu bir vəsiyyət olaraq dilə gətirib. ANAP-ın sabiq deputatı Yalçın Koçak Mosulun Atatürkün vəsiyyəti olduğunu deyib: “Atatürk amerikalı general Mak Artruhura bildirib ki, “Allah nəsib etsə və ömür vəfa etsə Mosul, Kərkük və Adaları geri alacağam. Selanik də daxil Qərbi Trakiyanı Türkiyənin hüdudlarına daxil edəcəyəm”. Bu, Atatürkün vəziyyətidir, bu vəsiyyəti İnönü də bilirdi və hətta bunu Bülənt Ecevitə də söyləmişdi”.
 
Türkiyənin ən cəsur siyasi xadimlərindən olan Bülənt Ecevit isə Atatürkün bu vəziyyəti ilə bağlı fikirlərini açıqlayıbmış: “İsmət İnönü, ümumi rəhbərlikdə olduğu zaman məni yanına dəvət etdi, dedi ki, şərtlər bizim üçün münasib olduğu an Mosulu Türkiyə torpaqlarına qatmaq uyğun və lazım olacaq. Bunu xatrindən çıxarma dedi”.
 
Məqalədə daha sonra qeyd edilir ki, Bülənt Ecevit bu vəsiyyəti dövrün prezidenti Əhməd Necdət Sezərə deyib. Sezər isə "Mosulu torpaqlarımıza qatmağa etirazım yoxdu, ancaq bu , alınmayacaq",- deyə cavab verib. Bülənd Ecevit isə cavabında prezidentə “Şərtlər yarandığı üçün Kipri aldım” deyib.
 
1992-ci ildə Ankara Şəhər otelində Turqut Özalın İraqdakı tayfaların toplantısında iştirak etdiyini bildirən sabiq deputat Yalçın Koçak prezident Özalın Mosul məsələsi ilə ciddi maraqlandığını və Körfəz müharibəsi əsnasında Mosula daxil olmaq fikrində olduğunu bildirib.
 
Yalçın Koçak qeyd edib ki, həmin toplantıda Turqut Özal Mosuldan çıxmamaq şərti ilə bura girmək istədiyini ifadə edib. Bu məqsədlə Çankayada zirvə görüşü olub. Kamal Yaman Paşa və qrupu Özalın bu fikrinə dəstək verib. Ancaq Kənan Evren və NATO-çu hərbçi qrup bu ideyaya qarşı çıxaraq maneələr yaradıb. Dönəmin baş qərargah rəisi Nəcib Torumtay Turqut Özalın Mosula girmək məsələsində qərarlı olduğunu gördükdən sonra postundan istefa edib. Kənan Evren 1998-ci ildə verdiyi müsahibədə bu fikirləri işlədib: "Turqut Özal Mosula daxil olmaq istəyirdi, onu mən dayandırdım".
 
Mosulun alınmasını istəyən, ancaq Alparslan Türkeş xaricində bütün siyasi liderlərin Turqut Özalın bu istəyinə qarşı olduğunu dilə gətirən Yalçın Koçak Süleyman Dəmirəlin bu siyasi liderlərin başında durduğunu vurğulayıb.
 
Sakariyalı sabiq deputat o dövrlə bağlı məlumatı ilk dəfə paylaşıb: “Süleyman Dəmrəlin sağ əli olan Nəcmədin Cöhvər Turqut Özalın yanına gəldi. Cöhvər Süleyman Dəmrəlin "Özal Mosula əsgər marşı ilə girsə, bir daha onu iqtidardan edə bilmərik" dediyini və bu səbəbdən də onun Mosula daxil olmaq istəyinə mane olduğunu bildirib.
 
“Mosul bir milli məsələdir, amma o dövr daxili siyasətə qurban verildi. Mosul türk siyasətçilərinin öhdəsinə buraxılmayacaq qədər əhəmiyyətli bir məsələ idi. Bu məsələni o zaman həll edə bilərdik, təəssüf ki, baş tutmadı”, - deyə məqalədə bildirilir.
 
Məqalədə daha sonra qeyd edilir ki, Turqut Özaldan sonra bu məsələni gündəmə gətirən və xüsusi vurğu ilə deyən digər şəxs prezident Ərdoğandır. “Əgər Misak-i Milli müqaviləsini təhlil etsək, Suriyadakı və İraqdakı məsuliyyətimizin nə olduğunu anlayarıq. Mosul üzərində bizim məsuliyyətimiz var, onun üçün həm masada, həm də ərazilərdə olacağıq deyiriksə, deməli səbəbi var”, - deyən prezident Ərdoğanın simasında dövlət yenidən bu məsələni diqqətə gətirir.
 
Yazıda deyilir ki, birinci Körfəz böhranı zamanı ABŞ prezidenti Corc Buş Turqut Özala “Biz cənubdan gələcəyik, Siz də şimaldan İraqa daxil olun. Mosul və Kərkükdə haqqınız var, buraları alın”, deyərək Türkiyəyə yaşıl işıq yandırıb. Dövrün baş naziri olan Yildirim Akbulut illər sonra keşmiş ANAP-çı millət vəkilləri ilə söhbəti əsnasında Özal ilə Buş arasında belə bir dialoqun yaşandığını bildirib:
 
Prezident Buş:
 
- Hörmətli Özal, Şimali İraq və Kərkükə daxil olun.
 
Turqut Özal:
 
- Hörmətli Buş, bu gün daxil olun deyirsiniz. Sabah da çıx deyərsiniz.
 
Prezident Buş:
 
- Kim girdiyi yerdən çıxdı ki, siz də çıxasınız... Kiprə girdikdən sonra çıxdınızmı?
 
Turqut Özalın qardaşı Qorqud Özal isə prezident Buşla Özal arasında Mosul mövzusunda gizli bir razılaşma əldə olunduğunu ifadə edərək belə deyib: “Şimal cəbhəsində Türkiyə olacaqdı. ABŞ isə cənubdan İraqa daxil olacaqdı. Türkiyənin varlığı cənubdakı ABŞ gücləri üzərində təzyiqi azaldacaqdı. Beləcə çox asan bir şəkildə Bağdad ələ keçiriləcəkdi. Turqut Özal ata Buşa davamlı olaraq “Mosul və Kərkükə girsək və çıxmasaq necə olar, bu sizin üçün mümkün variantdırmı” deyə sual edib. Qarşı tərəf isə “təbii olar, niyə olmasın, bu bizim üçün heç zaman qorxu yaratmır. Bu sizin öz işinizdir. Əlbəttə, qala bilərsiniz”, - cavabını veribmiş.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...