Türkiyənin kürdlərlə birgə döyüşə girməsi təsdiqləndi

 
Türkiyə Baş naziri Binəli Yıldırım Mosul əməliyyatına qoşulduqlarını təsdiqləyib.
 
Axar.az xəbər verir ki, Yıldırım peşmərgələrin istəyi ilə bağlı əməliyyata qoşulduqlarını söyləyib.
 
"Peşmərgə Başikanı İŞİD-dən təmizləmək üçün hərəkətə keçdi. Bizim Başikadakı əsgərlərimizdən kömək istədilər. Biz də toplarla, tanklarla, "Fırtına" mərmiləri ilə dəstək veririk", - Yıldırım qeyd edib.