Türkiyənin könülləri fəth edən “Ayla” filminə BÖYÜK ŞOK! - “Oskar” sevdası BİTDİ

Baxış sayı: 
249

"Oskar"ın "Ən yaxşı xarici film" nominasiyasına namizəd göstərilən "Ayla" qısa siyahısına düşməyib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Oskar" mükafatına namizəd olan xarici filmlərin qısa siyahısı açıqlanıb. Türkiyənin real hadisələr əsasında çəkilən iddialı "Ayla" filmi siyahıda yer ala bilməyib. Can Ulkayın rejissoru olan "Ayla" Oskar nominantlarında iştirak edə bilməsə də, Fatih Akının Almaniyanı təmsil etdiyi "Fade" filmi bu siyahıya daxil olub.
Məlumat üçün bildirək ki, bütün "Oskar" namizədləri yanvarın 23-də açıqlanacaq. Oskar mükafatlandırma mərasimi isə martın 4-də təşkil ediləcək
Qısa siyahıya düşməyi bacaran 9 film bunlardır:
Çili, "A Fantastic Woman," Sebastian Lelio
Almaniya, "In the Fade," Fatih Akın
Macarıstan, "On Body and Soul," Ildiko Enyedi
İsrail, "Foxtrot," Samuel Maoz
Livan, "The Insult" Ziad Doeyri
Rusiya, "Loveless," Andrey Zvyagintsev
Seneqal, "Félicité," Alain Gomis
Cənubi Afrika, "The Wound," Con Trenqov
İsveç, "The Square," Ruben Ostland

Загрузка...
Загрузка...