Türkiyənin Kilis şəhərində Suriyadan atılan mərmi məscidə düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidlərdən birinə qumbaraatan mərmisi düşüb.
 Turaninfo.az-ın "Milliyet"-ə istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 18.10-da baş verib.
 Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
 Bu gün yerli vaxtla saat 18:00 radələrində Suriya ərazisindən atılan qumbaraatan mərmisi Kilis Turaninfo.az-ın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, hadisə nəticəsində xəsarət
alanlar var.
Partlayışın gücündən ətrafdakı binaların şüşələri qırıldı. Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılır.
Xatırladaq ki, bu gün səhər saatlarında da Kilis şəhəri  atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.