Türkiyənin gündəmi qaynadı - Davudoğlu istefaya gedir? - şok gəlişmə

Türkiyənin baş naziri və prezidenti Beştepedə, Prezident Sarayında 40 dəqiqəlik gecikmə ilə baş tutan, saat yarım davam edən bir zirvə görüşü keçirib.
Turaninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər rəsmi Ankaranın gündəmi olduqca qaynar hadisələrə şahidlik etdiyi üçün bu görüşün baş tutması gözlənilən idi. Türkiyə vaxtı ilə 18:40 radələrində başlanan görüş  20:20-də yekunlaşıb.
Görüşdən sonra ilk qəribə açıqlama da cumhurbaşqanlığındakı qaynaqlardan verilib, “açıqlama olmayacaq, adi, prosedur qəbul idi , yekunlaşdı”.
AKP-nin 29 aprel tarixində keçirdiyi toplantı ciddi bir narazılığa səbəb olmuşdu. Partyanın ən üst qərar orqanı olan qurum hər böyük qurultaydan sonra təşkilatlardan məsul sədr müavininə həvalə etdiyi rayon və bölgə sədrlərini təyin etmə səlahiyyətlərini geri aldı. Əslində isə bu, həmin səlahiyyətin Davudoğludan alınması mənasına gəlirdi. Bu olaydan dərhal sonra internetdə “Pelikan dosyası” adı ilə açılan bir bloqda prezident Ərdoğanla Davudoğlu arasındakı münasibətə aid iddialar yer aldı. Yazıda Davudoğlunun başqanlıq vəzifəsinə gəlməsindən bu günə qədər Ərdoğana münasibətdə yol verdiyi iddia edilən səhvlərin sıralaması  yer aldı. AKP-də bəzi şəxslər bu bloqun “Ərdoğan tərəfdarları” tərəfindən qələmə alındığını, bəziləri isə bunu partiyaya ziyan verməyi məqsəd güdən üçüncü tərəflərin işi adlandırdı.
Erdoğan – Davutoğlu arasındaki zirve sona erdi

Davudoğlu isə bu baş verənlərin ardından çərşənbə axşamı günü baş tutan qrup toplantısında ilk dəfə partiya qrupunun qarşısına çıxıb. Bu günə qədər ən qısa qrup iclası nitqi söyləyən Davudoğlunun sərt bir tonla sərf etdiyi sözlər isə siyasi kluarları daha da hərəkətləndirib: "Bu gün hər kəs imtahandadır. İnandığımız doğrulardan, ləkəsiz və təmiz siyasətdən geri durmayacağıq. Bütün bu dava, bütün bu fəaliyyətlər, bütün bu qaydalar doğru yol üçündür”. "Nəfsimi ayaqlar altına alaram, bir faninin tərk etməyəcəyi düşünülən hər vəzifəni əlimin tərsiylə itələyərəm. Amma bu müqəddəs  hərəkatdakı heç bir mübarizə yoldaşımın qəlbini qırmaram”. Davutoğlunun bu sözləri partiya üzvlərinin böyük əksəriyyəti tərəfindən mübarizə siqnalı kimi qəbul edilib. Amma bu sözləri istefa siqnalı kimi qəbul edənlər də az olmayıb.
Bununla paralel, prezident Rəcəb Tayyib Ərdoğan da Cümhurbaşqanlığı Sarayında keçrilən 25 -ci Muxtarlar Toplantısında çıxış edib və orada maraqlı məqamlara toxunub: “Vəzifələr insanlara xidmət üçün bir vasitədir. Muxtar, bələdiyyə sədri və ya millət vəkili, prezident də olsanız qəlbiniz və zehniniz millətə xidmət üçün çalışmalıdır. Öz xeyirləri, ideoloji ziyanlı fikirləri ilə vəzifələri işğal edənlər Türkiyənin təcrübəsini artırmaq bir yana, mövcud olanı da sıradan çıxarıblar. Vacib olan olduğunuz yerə necə gəldiyinizi, orada nə etməli olduğunuzu və hədəflərinizin nələr olduğunu unutmamanızdır”.
Bütün bu baş verənlərdən sonra isə kluarlarda versiyalar səslənməyə başlayıb. İlkin versiya AKP-nin may ayında qurultaya gedəcəyi ilə bağlıdır.  Bununla yanaşı, “Hürriyet” yazarı Abdülkadir Selvi, CNN Türk kanalında Ahmet Hakanın aparıcılıq etdiyi “Tarafsız Bölge” verilişində Ərdoğan ilə baş nazir Davudoğlunun kritik görüşü haqqında ilk dəyərləndirməni edib.
AKP-nin Ramazan ayından əvvəl qurultaya gedəcəyini söyləyən Selvi baş nazir Əhməd Davudoğlunun isə namizəd olmayacağını vurğulayıb: “Son məlumatlara görə, baş nazir Əhməd Davudoğlu sabah saat 11.00-dı baş tutacaq toplantıda qurultay  qərarını açıqlayacaq. Qurultayın  Ramazan ayından əvvəl toplanması gözlənilir. Baş nazir isə qurultayda namizəd olmayacaq”.
Qardaş ölkədəki gəlişmələrə dair yazlarımız davam edəcək.