Türkiyənin ədliyyə naziri: “Rza Zərrabla bağlı prosesi izləmirik”

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Rza Zərrabın həbsi ilə bağlı açıqlama verib. Turaninfo.az  NTV telekanalına istinadən xəbər verir ki, o, Türkiyə hökumətinin bu prosesi izləmədiyini bildirib.
“Biz xüsusi olaraq izləmirik. Heç bir narahatlığımız yoxdur. Türkiyə bu günə qədər bütün işləri konstitusiya və hüquqa görə görüb. İranla münasubətlər də bura daxildir”, - ədliyyə naziri deyib.
O, bəyan edib ki, Türkiyə bundan sonra konstitusiya, hüquq və beynəlxalq hüquq çərçivəsində doğru olan addımları atmaqda davam edəcək: “Nə olacağını hamımız birlikdə görəcəyik”.