"Türkiyənin bu addımı Rusiyaya xoş gələr"

 
Türkiyənin Rakka əməliyyatına başlaması Rusiyanın xoşuna gələr.
 
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və tarixçi Stanislav Tarasov deyib. Politoloq qeyd edib ki, türk ordusunun Suriya ilə sərhəddə apardığı əməliyyata Rusiya gizli razılıq verib:
 
“İŞİD-in qalası hesab edilən Rakkanın azad edilməsi üçün başladılacaq Rusiya-ABŞ əməliyyatlarına Türkiyənin də qatılması Moskvanın işinə yarayacaq. Kremlin əsas hədəfi də elə Rakkanın terrorçulardan təmizlənməsidir”.
 
Tarasov onu da əlavə edib ki, hazırda Suriyada kürdlər deyil, məhz Türkiyə ABŞ-ın birinci müttəfiqidir.