Türkiyənin baş naziri Ahmet Davudoğlu açıqlama verir - CANLI YAYIM

         Bu linki tıklayın    

                
İstefaya göndərilməsi məsələsi gündəmdə olan Türkiyə baş naziri Ahmet Davudoğlu lideri olduğu partiyanın - AKP-nin növbədənkənar qurultayının çağırılması, eləcə də özünün siyasi karyerasına dair suallara cavab vermək üçün bu gün telekanalların kamerası önündə çıxış edir. Hazırda Türkiyənin bütün tv-ləri bu çıxışı canlı olaraq ve Turaninfo.az bildiri ki, Davudoğlu həyacanlı görünür və səsi arada titrəyir.
"Mənim 20 aylıq baş nazirlik sürəcində əsas vəzifəm AK Partinin birlik və bütövlüyünü qorumaq olub. Mənim baş nazirliyim dönəmində AK Paridə qardaş qovğası olmadı, bir istefa da olmadı!"
Fəaliyyətini təhlil edən Davudoğlu onun mərhələləri barədə məlumat verir, baş nazir kimi gördüyü işlərdən danışır. O, 20 illki baş nazirlik dönəmini 3 mərhələyə bölüb. O, seçkilərdən də danışaraq, "7 iyundakı növbədənkənar seçkilərdə başımızı dik tutduq",  deyib."Zor bir dönəmdi, amma Türkiyəni bir saniyə də hökumətsiz buraqxmadıq".
Baş nazir öz çıxışında Türkiyənin prezidenti T. Ərdoğanı sayğılı ifadələrlə vəsf edir.    
Turaninfo.az Türkiyənin baş nazirinin çıxışını canlı yayımla diqqətinizə çatdırır: