Türkiyənin 65-ci hökuməti - Tam siyahı

AKP sədri Binəli Yıldırım yeni hökumətin siyahısını Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etmək üçün Prezident Sarayına gəlib.
 Axar.az xəbər verir ki, burada Ərdoğanla görüşən Yıldırım yeni hökumətin siyahısını prezidentə təqdim edib.
 AKP sədrinin görüşdən sonra elə Prezident Sarayında yeni hökumət üzvlərinin adlarını açıqlayacağı gözlənilir.
 AKP sədri Binəli Yıldırımın Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi 65-ci hökumətin üzvlərinin siyahısı açıqlanıb.
 Yıldırımın açıqladığı kabinet üzvləri bunlardır:
 Baş nazir - Binəli Yıldırım
 Baş nazirin müavinləri – Numan Qurtulmuş, Veysi Kaynak, Nurəddin Canikli, Məhməd Şimşək, Toğrul Türkeş
 Ədliyyə naziri – Bəkir Bozdağ
 Ailə və Sosial Siyasət naziri - Fatma Betül Sayankaya
 AB naziri: Ömər Çelik
 Elm, Sənaye və Texnologiya naziri: Faruz Özlü
 Əmək və Əhalinin Sosial Müdafiəsi naziri: Süleyman Soylu
 Ətraf və şəhərsalma üzrə naziri: Məhməd Haseki
Xarici İşlər naziri: Mövlüd Çavuşoğlu  
İqtisadiyyat naziri: Nihat Zeybəkçi
 Enerji və Təbii Sərvətlər naziri: Bərad Albayraq
 Gənclər və İdman naziri: Akif Çağatay Qılınc
 Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq naziri: Faruk Çelik
 Gömrük və ticarət naziri: Bülənd Tüfəngçi
 Daxili İşlər naziri: Əfqan Ala  
İqtisadi İnkişaf naziri: Lütfi Əlvan
 Mədəniyyət və Turizm naziri: Nabi Avcı
 Maliyyə naziri: Naci Ağbal
 Milli Təhsil naziri: İsmet Yılmaz
 Milli Müdafiə naziri: Fikri İşıq
 Meşə və Su İşləri naziri: Məhməd Özhasəki
 Səhiyyə naziri: Rəcəb Ağdağ
 Nəqliyyat, Dənizçilik və Rabitə naziri: Əhməd Aslan