Türkiyənin 20 qırıcısı havaya qaldırıldı - "Vur!" əmri gözlənilir

 
Türkiyənin Diyarbəkir vilayətində 20 hərbi təyyarə döyüşə hazır vəziyyətə gətirilib.
 
Axar.az xəbər verir ki, İŞİD tərəfindən Türkiyə səhədlərinə doğru hər hansı təhdid olarsa, hədəf dərhal vurulacaq.
 
Hərbi mənbələdən verilən məlumata görə, Mosul əməliyyatı ilə bağlı fasiləsiz kəşfiyyat uçuşları aparılacaq. Xüsusilə, hərbi təyyarələr Mosul əməliyyatı sonrası Türkiyəyə hər hansı təhlükə yaranarsa, "Vur!" əmrini yerinə yetirəcək.
 
Havaya qaldırılan qırıcıların da daimi olaraq İraqın şimalı və Suriyada PKK-YPG terror təşkilatının yerləşdiyi ərazilərə bombalar yağdırdığı bildirilib.