Türkiyəni öz "əli" ilə vururlar - İŞİD bəhanədir - FOTO

 
ABŞ NATO-nun Türkiyədəki hərbi bazasından YPG silahlılarına kömək edir.
 
Turaninfo.Az Türkiyə mətbuatına istiandən xəbər verir ki, İncillik hərbi hava bazasından qalxan qırıcılar İŞİD mövqelərini bombalamaqla rəsmi Ankaranın terror təşilatı elan etdiyi YPG kürd silahlı dəsətələrinin Raqqa şəhərinə tərəf irəliləməsinə şərait yaradır.
 
Suriya Demokratik Qüvvələri (SDG) adından açıqlama verən Jiyan Şeyx Əhməd Raqqa şəhərinin YPG və koalisiya qüvvələri tərəfindən azad ediləcəyini deyib.
 
ABŞ rəsmiləri də YPG qruplaşmasına hava dəstəyinin göstəriləcəyini elan ediblər. Hazırda 30 min kürd silahlı Raqqa şəhərinə doğru irəliləyirlər.
 
YPG silahlıları
 
 
YPG Türkiyənin həyata keçirdiyi "Fərrat qalxanı" əməliyyatına görə Suriyanın şimalında yaratmaq istədiyi kolidoru tamamlaya bilmədiyi üçün Raqqaya hücum edir. Kürdlər Raqqanı azad etdikdən sonra Əl-Bab şəhərinə hücum təşkil edəcəklər. Onlar bu əməliyyatla "kürd kolidorunu" tamamlamaq niyyətindədirlər.
 

Suriya ərazisində hazırki vəziyyət
 
 
SDG sözçüsü deyib ki, ABŞ-la Raqqanın azad olunma əməliyyatında Türkiyənin yer almamasına dair razılıq əldə olunub.
 
Türkiyə rəsmiləri isə açıqlamalarında əhalisinin çoxunun ərəblərin təşkil etdiyi Raqqa şəhərinin kürd silahlılarla birlikdə azad olunmasına imkan verməyəcəklərini deyiblər.
 

İncillik hərbi bazası
 
 
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşten Karter  demişdi ki, Raqqanın azad olunma əməliyyatı Mosulun İŞİD-dən qurtarılması əməliyyatı qurtarmamış başlayacaq.  

Загрузка...
Загрузка...