Türkiyəni göz yaşına boğan paylaşım - Tibb bacısı


Türkiyəni göz yaşına boğan paylaşım
 İstanbulda baş verən partlayış nəticəsində yaralanan polislərin müalicə aldığı Şişli Dövlət Xəstəxanasının tibb bacısının paylaşması sosial mediada gündəmə çevrilib
 
Tibb bacısının yazdığı statusda yer alan kövrək sözlər insanların həssas hislər keçirməsinə səbəb olub. O öz paylaşmasında yaralı halda olan bir polisin çətin durumunda belə başqalarını düşündüyünü vurğulayıb və onlara qıyanları vicdansız adlandırıb.
 
Tibb bacısının sosial şəbəkədə ən çox müzakirə edilən sözügedən paylaşmasını təqdim edirik:
 
"Dünən 26 yaşlı, ayağı və qabırğaları qırılan, bədəni yanan ət və barıt qoxuyan polis xəstəm, "Xanım, çox ağrım var, dayana bilmirəm, qışqırıram. Digər xəstələri çox narahat edirəm?” deyirdi. O durumda belə özünü deyil, digər insanları düşünürdü. Arada digər yoldaşlarını və şəhid sayını soruşurdu. Üsyan etmirdi, xüsusi qayğı istəmirdi, dediklərimizə əməl edirdi. Yaxınları da ortalığı ayağa qaldırmır, üstümüzə gəlmirdilər. Reanimasiya otağının qarşısında mətanaətlə gözləyirdilər. Yalnız o yox, dünən danışa biləcək vəziyyətdə olan bütün xəstələrim elə idi. Çoxumuz göz yaşımızı saxlaya bilmədən bütün gecəni işlədik. Televizorda izləmək kimi deyil orada olmaq. Çiçəyi burnunda olan gənclərin əllərinizin arasından uçub getməsini izləmək, yaşasalar belə əlil qalacaqlarını bilə-bilə yaralarını sarımaq...
 
Televizordakı bir neçə rəqəmdən ibarət deyil onlar. Hər birinin bir hekayəsi, əllərindən alınmış bir gələcəyi var...
 
Necə qıydınız onlara?!
 
Vicdanınız necə razı oldu?!
 
Bu gənc vətən övladlarının hesabını necə verəcəksiniz?!”

 
Qeyd edək ki, dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində yerləşən "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında iki güclü partlayış baş verib. Hadisə nəticəsində 39 nəfər ölüb, 155 nəfər yaralanıb.

Загрузка...
Загрузка...