Türkiyəni baş naziri CHP başqanını ziyarət edib


Türkiyənin baş naziri Binəli Yıldırım CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb.
 
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, baş nazir CHP mərkəzinə gedərək, Kamal Kılıçdaroğlunu ziyarət edib.
 
Məlumata görə, avtomobilindən enən B.Yıldırımı CHP sədrinin müavini Haluk Koç qarşılayıb.
 
Binanın girişində gözləyən K.Kılıçdaroğlu B.Yıldırımın əlini sıxaraq, salamlaşıb.
 
Xəbər verilir ki, baş nazir CHP-dən sonra MHP lideri Dövlət Bahçelini də ziyarət edəcək.