​Türkiyəli hərbçilərə qarşı hücum - Yenə acı xəbər gəldi

 
Suriyanın Əl-Bab şəhərində türkiyəli hərbçilər növbəti dəfə hədəfə alınıb.
 
Turaninfo.az “cumhuriyet”ə istinadən xəbər verir ki, hücum zamanı 6 hərbçi yaralanıb. Onların vəziyyəti barədə məlumat verilmir. Hücumun İŞİD terrorçuları tərəfindən təşkil olunduğu güman edilir.
 
Qeyd edək ki, ötən gün baş verən oxşar hadisə zamanı 2 əsgər şəhid olub, 12-si yaralanıb. Türkiyəli hərbçilər “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriyada antiterror hücumları həyata keçirir.

Загрузка...
Загрузка...