Türkiyəli aktrisa: “Mən məşhur deyiləm”

Azərbaycanda da populyar olan aktrisa, “Kara Sevda” serialının Nihanı Neslihan Atagül məşhur olmadığını deyib. ANS PRESS-in məlumatına görə, aktrisa “məşhur olmaq üçün nə etmək lazımdır?” sualına maraqlı cavab verib.
Onun sözlərinə görə, məşhurluq əziyyət çəkərək olur. “Məşhur olmaq istəyirsənsə, mən sənə heç nə demərəm. Çünki nə deyəcəyimi bilmirəm. Mən məşhur aktrisa olmaq üçün bütün günü çalışıram, əziyyət çəkirəm. Təbii ki, işimizlə, qazancımızla əlaqədar olaraq standartlarımız dəyişir, amma mən yenə də mənəm”.
Fevral ayında Neslihan Atagülə ağır itki üz verib. Gözəl aktrisanın atası Yaşar Şənər dünyasını dəyişib. 2 il sevgili olan Kadir Doğulu ilə Neslihan Atagül ötən ilin noyabr ayında nişanlanıblar. Cütlüyün toy tarixi də məlumdur. Onlar bu yay nikah masasına oturmağı planlaşdırıblar.