Türkiyədən xəbərdarlıq: Əsla razı olmayacağıq

 
 
Sincarın ikinci Qəndil olmasına icazə verməyəcəyik. Əks halda, Türkiyə lazımi addımları atacaq.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.
 
“Məhz Məsud Bərzaninin nəzarəti ilə əməliyyat keçirildi. Həmin əməliyyat çərçivəsində şəhərin xeyli hissəsi İŞİD-dən təmizlənib. Amma görünən odur ki, PKK orada özünün dayaqlarını möhkəmlətməyə çalışır. Prezidentimiz də vurğulayıb. Sincarın Qəndilə çevrilməsinə icazə verməyəcəyik. Əks halda, Türkiyə lazımi addımları atacaq”, - deyə Türkiyə rəsmisi bildirib.
 
 

Загрузка...
Загрузка...