Türkiyədən Şultsa cavab gəldi: Önəmi yoxdur

 
Avropa Parlamentinin sədri Martin Şultsun dediklərinin bizim üçün önəmi yoxdur.
 
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çinli həmkarı Vanq Yi ilə görüşü zamanı deyib.
 
“Gücü çatırsa PKK-nın fəaliyyətinə son qoysun. Belə görünür ki, ya terrorçuları dəstəkləyir, ya da gücü çatmır. Şultsun açıqlamasına diqqət yetirsək, açıq-aşkar təhdid xarakterli olduğunu görə bilərik. Bu, bizə təsir etməz. Biz xalqımızından güc alırıq”, - Çavuşoğlu bildirib.
 
Qeyd edək ki, AP sədri Martin Şults Türkiyədə müxalifət fəalları və jurnalistlərin həbs edilməsinə görə Ankaraya sanksiyaların tətbiq edilməsi üçün AB-yə çağırış etmişdi.

Загрузка...
Загрузка...