Türkiyədən Rusiyaya: "Qəbuledilməzdir"

Rusiyanın Suriyada fosfor bombasından istifadə etməsi qəbulediməzdir və bəşəriyyətə qarşı atılmış bir addımdır.
 Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Naziriyinin açıqlamasında deyilib.
 “BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya Federasiyasının Suriyada eynilə rejim qüvvələri kimi xalqa qarşı istənilən silah və sursat istifadə etməsi qəbuledilməzdir”, - məlumatda bildirilib.
 Qeyd edək ki, Rusiya qırıcılarının son iki gündə Hələbin şimalında mülki əhaliyə fosfor bombaları atdığı bildirilib.