Türkiyədən Rusiyaya əks həmlə

 
Türkiyə bu gündən etibarən Rusiyadan gələn TIR-ların sürücülərinə viza tətbiq etməyə başlayıb.
 
Axar.az xəbər verir ki, bu barədə ictimaiyyətə Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin rəsmisi Fateh Şənər məlumat verib.
 
Onun sözlərinə görə, Türkiyə TIR-larının sürücülərinin vizaları olmalarına baxmayaraq, Rusiyaya girə bilmirlər:
 
“Bu ilin ilk 4 ayında Rusiyadan Türkiyəyə 580 TIR keçib. Lakin əks istiqamətdə bu rəqəm sıfırdır”.
 
Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 bombardmançısını vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Rusiya 2016-cı il yanvarın 1-dən etibarən Türkiyə vətəndaşlarına viza tətbiq edib.