Türkiyədən Rusiyaya ilginc əməkdaşlıq təklifi (FOTO)

Vural Altay: “Arzumuz, hədəfimiz təyyarə olayını geridə buraxmaq və Rusiya ilə qaldığımız yerdən davam etməkdir”
Musavat.com-un əməkdaşı Türkiyə Xarici İşlər Nazirliyindəki görüşdən yazır
“Sovetlər birliyinin dağılmasından  sonra Rusiya Türkyə üçün çox önəmli bir ortaq olaraq ortaya çıxdı. Ötən ilin 24 noyabrındakı qırıcı təyyarəsi olayına qədər Türkiyə-Rusiya əlaqələri çox gözəl inkişaf edirdi”.
Bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz, Orta Asiya və Şərqi Avropa ofisinin baş direktoru Vural Altaya məxsusdur. Mayın 17-də Türkiyə XİN-də Ankaraya dəvət olunmuş bir qrup türkdilli jurnalistləri qəbul edən diplomat Türkiyə ətrafında yaşanan kritik vəziyyət, Moskva-Ankara münasibətləri, Suriya problemi, İstanbulda keçiriləcək ilk Dünya İnsani Zirvəsi və digər məsələlər barədə geniş şəkildə fikirlərini söylədi, media mənsublarının suallarını cavablandırdı.
“Dünya İnsani Zirvə ilə əlaqədar sizləri ölkəmizdə görməkdən, nazirliyimizdə qarşılamaqdan qürur duyuruq. “Qafqaz və Orta Asiya bölgəsi bizim üçün çox dəyərlidir, dostlarımızın və qardaşlarımızın yaşadığı bölgədir. Biz də o bölgənin bir parçasıyıq. Onun üçün ikinci evinizə xoş gəlmisiniz”-deyən diplomat Orta Asiya və Qafqaz üzrə məsul Gökan Turan, Dünya İnsani Zirvəsinin təşkilatçılarından biri Gökçə xanımla bərabər tədbir iştirakçılarını səmimi salamladıqdan sonra Dünya İnsani Zirvəsi ilə bağlı məlumatlar verdinə dəyərli fikirlərini davam etdirdi.
Bildirdi ki, Dünya İnsani Zirvəsinə dövlət başçıları, baş nazirlər, nazirlər səviyyəsində iştirakçılar qatılacaq. Həmçinin vətəndaş cəmiyyəti, media, elm adamlarından ibarət 6 minə yaxın təmsilçinin qatılması gözlənilir. Onların minə yaxını media mənsubu olacaq.
“Türkiyə olaraq İstanbulda ilk belə zirvəyə ev sahibliyi etməkdən qürur duyuruq”
Nazirlik rəsmisi son dönəmlərdə humanitar məsələlər, böhranlı vəziyyətin Türkiyəni daha çox məşğul etdiyini vurğuladı. Bildirdi ki, bu problemlər artıq çox mürəkkəb mərhələyə adlayıb və təhlükəli miqyas alıb: “Bu mənada BMT baş katibliyinin təşkilatçılığı ilə keçiriləcək Dünya İnsanı Zirvənin mövcud problemlərin aradan qaldırılmasında çox ciddi rol oynayacaq. Biz də Türkiyə olaraq İstanbulda ilk belə zirvəyə ev sahibliyi etməkdən qürur duyuruq”.  Diplomatın sözlərinə görə, bu tədbirin BMT-nin digər zirvələrindən mühüm bir fərqi var: “O da bundan ibarətdir ki, BMT üzvləri öncədən sənədləri razılaşdırıb kompromislər əldə etməyiblər. Sənədlər zirvənin gedişində  ortaya çıxacaq və biz  sammitdən sonra konkret nəticələr barədə məlumat alacağıq”. 23 mayda öz işinə başlayacaq zirvədə Türkiyə prezidenti ilə BMT Baş katibinin iştirakı ilə liderlər toplantısı düzənlənəcək: “Bu gün dünyada 60 milyon insan evlərini tərk etmək məcburiyyətndə qalıb, onların dərdindən danışacağıq. Dünyada yaşanan insani böhranların 100-də 80-i silahlı qarşıdurmalardan yaranıb. Həmçinin təbii ehtiyatlar da qarşıdurmalara səbəb olub. Beynəlxalq böhranların vurduğu zərərin ümumi miqdarı 300 milyard dolları keçib. Zirvə bütün bu problemlərin masaya çıxarılacağı, müzakirə ediləcəyi bir tədbir olacaq”.
Diplomat onu da qeyd etdi ki, Rusiya ilə yaşanan gərginliklərin səbəbi heç də Suriya məsələsi deyil: “Suriya məsələsi 5  ildir ki, ortaya çıxıb. O müddətdə Rusiya və Türkiyənin münasibətləri çox yüksək səviyyədə inkişaf edirdi, xüsusilə də enerji məsələsində. Türk iş adamlarının Rusiyaya qoyduğu yatırım 60 milyard dollar idi. İki ölkənin əməkdaşlığı 35 milyard dollara çatmışdı. Keçən il Türkiyəyə 4,5 milyon rus turist gəlmişdi. Ancaq 24 noyabrda olan hadisədən sonra Rusiya Türkiyəyə yönəlik siyasətini bir anda dəyişdirdi və bu olayı bəhanə edərək Türkiyəyə qarşı fərqli tədbirlərə əl atdı. Bəlkə də ən pisi Türkiyəyə qarşı bir hibrid savaş başlatdı. Yanlış məlumatlandırma, yanlış xəbər yaymağa üstünlük verildi. Bundan əvvəl eyni siyasət Gürcüstanla əlaqədar yürüdülmüşdü, ardınca Krımın ilhaqı və Şərqi Ukraynada baş verənlərin ardınca Ukraynaya qarşı həyata keçirilmişdi. Rusiya bütün dialoq kanallarını qapadaraq bütün əlaqələri sıfıra endirdi. Rusiyanın bütün bu təxribatçı addımlarına rəğmən biz Türkiyə olaraq soyuqqanlı siyasət yürütməkdə davam edirik. Biz bu hibrid savaşın bir hissəsi olmadıq və olmayacağıq. Ələləqimizin dərhal nörmal məcraya dönməsi lazımdır. Bunun üçün hər cür çalışmaları davam etdiririk. Rusiyanın da bu duyğusallığı bir tərəfə buraxıb ən qısa zamanda doğrunu görəcəyinə ümid edirik. Çünki bu problemlərin heç kəsə faydası yoxdur, xüsusilə də Türkiyə və Rusiyaya. Təəssüf ki, müxtəlif ölkələr bu gərginlikdən öz məqsədləri üçün istifadə edirlər. Sizdən yeganə xahişimiz odur ki, rus mətbuatından  aldığınız hər məlumata inanmayın. Çünki çoxu yalan məlumatlardır, Türkiyəni əsassız olaraq yanlış şəkildə təqdim edirlər”.
Putin İstanbula nümayəndə göndərəcəkmi-Ankarada bilmirlər...
Rusiyanın İstanbul Zirvəsinə qatılıb-qatılmayacağına gəldikdə, nazirlik rəsmisi inamsız danışdı: “Hazırkı iştirakçıların siyahısında Rusiyanın hansı tədbirə qatılacağı bəlli deyil. Ancaq yüksək səviyyədə qatılmayacağını siz də təxmin edə bilərsiniz. Nazir, yoxsa daha aşağı səviyyədə təmsil olunacaqlar, bunu yaxın günlərdə təxmin edəcəyik”.
V.Altay təyyarə olayında Türkiyənin haqlı olduğunu bir daha bəyan etdi: “24 noyabrda bizim məqsədimiz hava sərhədlərimizi, müstəqilliyimiz qorumaq idi. Bundan əvvəl 13-14 dəfə belə hallar olmuşdu və prezidentimiz səviyyəsində xəbərdarlıqlar edilmişdi. Ancaq biz bu təyyarələrin rus təyyarələri olduğunu bilmirdik. Çünki eyni təyyarələri Suriya da istifadə edir. İki təyyarə hava sərhədlərimizi  pozub geri döndü, amma digəri vuruldu. Üzgünük, istərdik ki, ruslar heç vaxt hava sərhədlərimizi pozmasınlar və biz də belə bir tədbirlə əl atmayaq. Arzumuz, hədəfimiz bu olayı geridə buraxmaq və Rusiya ilə qaldığımız yerdən davam etməkdir”.
Rusiya ilə əlaqələr pisləşdikdən sonra Türkiyənin 20 milyard itirdiyi barədə məlumatlara gəldikdə, dedi ki, bununla bağlı konkret araşdırma aparılmayıb: “Amma bu vəziyyət  hər iki tərəf üçün faydalı deyil. Bu gün Türkiyə itkilərə məruz qalırsa, Rusiya daha çox itirir. Türkiyə iqtisadiyyatı yüksək inkişadf dövründədir. Ətrafımızdakı bütün gərginliklərə rəğmən keçən il Türkiyə iqtisadiyyatı yüzdə dörd faiz böyüdü. Bundan sonra da daha 3 faiz artım gözləyirik. Amma hər halda eyni şeyləri Rusiya iqtisadiyyatı barədə demək olmaz. Keçən il Rusiya iqtisadiyyatı 7,3 faiz kiçildi, bu kiçilmə bu il də davam edəcək. Bu qarşıdurma heç bir tərəfə fayda vəd etmir. Tələb olunan müttəfiqlik, normal əlaqələrdir. Çünki bundan xalqlar qazanacaq”.
Diplomat qarşıdakı turizm möhsümündə ruslara qoyulmuş qadağadan da bəhs etdi: “Açığı, Türkiyəyə gələ bilməyən rus vətəndaşları üçün üzülürük. Çünki gəlmək istəyirlər. Türkiyədəki şərtləri dünyanın heç bir yerində tapa bilmirlər. Amma dövlətin qadağasından sonfra onların sayı azalacaq.
Rusiya Türkiyədən idxal edilən bütün meyvə məhsullarını yasaq etdi. Rius xalqı gözəl türk səbzələrini və meyvələrini yeməz oldu. Keşkə bu durum tərsinə çevrilsin və ruslar Türkiyə ilə ticarətdən fayda götürsünlər”.
“Ruslar dediklərimizi ciddiyə almadılar”
Musavat.com-ın əməkdaşının “G-20-də Putin və Ərdoğan arasında görüş olmuşdu, bundan sonra isə təyyarə olayı baş verdi. Ola bilərmi ki, Antalya zirvəsində bağlı qapılar arxasında hansısa gərginliklər yaşanıb və  ardınca qırıcı olayı baş verib” sualına V.Altayın cavabı aşağıdakı kimi oldu: “Daha öncə, oktyabr ayında də iki dəfə hava sərhədlərimiz pozulmudu. Prezident Ərdoğan Putinlə Antalyadakı görüşündə bu kimi halların davam etməməsini istədi. Putin də bütün bu ciddi iradlara rəğmən, mövzunun ciddiliyini anlamayaraq rus pilot və təyyarələrinin qonaq olaraq qəbul edilməsini zarafatla istədi. Sayın prezidentimizin buna təpkisi də bir türk ata sözü ilə oldu, dəvət edilməyən qonaqların dəvətli olaraq, qonaq olaraq qəbul edilməyəcətini Putinə söyləxdi. Dolayısı ilə ruslar bu barədə dediklərimizi ciddiyə almadılar. Nəticə bəlli”.
Əhməd Davudoğlunun istefası Kremlin əsəblərini soyudacaqmı?
Diplomat sualımıza cavabında keçmiş baş nazir Əhməd Davudoğlunun “uçaq mənim tapşırığımla vurulub” sözlərinə də münasibət  bildirdi. Dedi ki, bu məsələ bir nəfərin iradəsinə bağlı deyil. Eyni zamanda o, Davudoğlunun istefasının Rusiyanı  sakitləşdirə biləcəyi, gərginlikləri arxa plana keçirəcəyi barədə ehtimallara da diplomatik şəkildə reaksiya verdi: “Rus uçağının düşürülməsi mövcud qanunlarımız çərçivəsində gerçəkləşdi. Xatırlayırısnız, 2012-ci ildə Ağ dəniz üzərində Ağ dəniz üzərində silahsız türk uçağı Suriyadan atılan S-300-lə vurulmuşdu. Biz həmin hadisədə 2 pilotumuzu itimişdik. O hadisədən sonra Türkiyə Silahlı Qüvvələri o bölgədə qaydaları dəyişdirdi və Ankara bunu hər kəsə çatdırdı, Türkiyənin hava sahəsinə Güneydən, Suriyadan 5 mil yaxınlaşan uçaqlar Türkiyəyə təhdid sayılacaq və tədbir görüləcək, deyərək. Bu qaydalar 2012-ci ildən tətbiq olunur. Rus təyyarələri Türkiyə hava sahəsinə yaxınlaşandan sonra radar üzərindən 10 dəfədən artıq xəbərdarlıq oldu. Türkcə, ingiliscə, rusca qarşı tərəfə bildirildi. Hətta mülki təyyarələr, NATO  təyyarələri bu xəbərdarlıqları duydular. Fəqət, təəssüf ki, rus pilotlar bu xəbərdarlığı nəzər almayıb Türkman dağındakı türkmanları  bombalamaqda davam etdilər. Pilotlar Türkiyəyə yaxınlaşmaqdan vaz keçsəydi, bu üzüntülü olay da yaşanmayacaqdı. Yəni bu, bir nəfərin tapşırığı ilə həyata keçirilən məsələ deyildi”.
Suriya problemindən bəhs edən V.Altay vəziyyətin kritikliyini etiraf etdi: “Suriya ilə 900 km-lik sərhədimiz var və Suriyada baş verən hər şey Türkiyəyə təsirini göstərir. Təəssüf ki, son 5 ildə Əsəd rejiminin yanlış siyasəti nəticəsində on minlərlə insan həyatını itirdi, milyonlarla insan qaçqın düşdü, milyonlar evlərini itirdi. Türkiyə olaraq bizim mövqeyimiz Suriya məsələsində həllin tapılmasıdır. Bu mənada Cenevrədə yürüdülən prosesdə yer aldıq”. Rusiyanın mövqeyinə gəldikdə, “Suriyaya müdaxiləsinin arxasında Rusiyanın hansı niyyətləri yatır, bunu bilirik. Rusların hava bombardmanlarının yüzdə 90-dan çoxu siyasi quruplara, sağlam müxalifətə qarşıdır. Ona görə də “İŞİD-lə savaşırıq”, söyləmək inandırıcı deyil”-deyə, bildirdi.
Bakıya mesaj: “Biz hər zaman Azərbaycanın yanında olacağıq”
Sonda diplomat jurnalistlərdən bütün qardaş ölkələrə salam və sayğılarını çatdırmağı xahiş etdi. V.Altay ayrılarkən Musavat.com əməkdaşına onu da bildirdi ki, 1993-95-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb və ürəyində daim Azərbaycan sevgisi daşıyır: “Biz hər zaman Azərbaycanın yanında olacağıq, buna qəti şübhəniz olmasın!”